Vicdan məhbusları Əli Kərimlini təbrik etdi

Sef13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan vicdan məhbusları Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, İlkin Rüstəmzadə, Əbdül Əbilov, Fərəc Kərimov və Əli İnsanov Əli Kərimlini yenidən AXCP sədri seçilməsi münasibəti ilə təbrik edirlər. Vicdan məhbusları AXCP  sədrinə Azərbaycanın demokratikləşməsi və xalqımızın azadlığı ugrunda apardığı mübarizədə uğurlar arzulayırlar.

Təbrik məktubu vicdan məhbuslarının yaxınları tərəfindən “Azadlıq”a çatdırılıb.