Avropa Şurası Parlament Assambleyası bu il Vaclav Havel insan haqları mükafatını rusiyalı veteran hüquq müdafiəçisi Lyudmila Alekseyevaya verib.
Mükafat keçmiş sovet dissidenti və Rusiyada ən hörmətli vəkillərdən olan 88 yaşlı Alekseyevaya sentyabrın 28-də AŞPA-nın Strasburqdakeçirilən sesiyası zamanı təqdim edilib.
Alekseyeva Sovet dissidentlər hərəkatına 1960-cı illərdə qoşulub, bundan sonra isə Moskva Helsinki qrupunun banilərindən biri olub.
1977-ci ildə ABŞ-a mühacirət edən Alekseyeva işini davam etdirmək üçün 1989-cu ildə yenidən Rusiyaya qayıdıb.
60 min avroluq Vaclav Havel mükafatı hər il vətəndaş cəmiyyəti və insan haqları sahəsində fəaliyyət göstərən şəxslər və təşkilatlara verilir.