AXCP-nin VI(IX) qurultayına çoxlu sayda təbriklər gəlib. Azərbaycanla yanaşı Türkiyədən, Rusiya və Avropadan da gələn təbriklərdə Xalq Cəbhəsinin keçdiyi yol və indi apardığı mübarizə yüksək qiymətləndirilib.
Təbrikləri təqdim edirik:
Milli Şuranın fəxri sədri, dünya şöhrətli dramaturq və ssenarist, Oskar mükafatçısı Rüstəm İbrahimbəyov:
Azərbaycan Xalq Cəbhəsi Partiyası Qurultayının nümayəndələrinə!
Sizin qurultayınız ölkədə hakimiyyətin demokratik dəyişiklik tərəfdarlarına qarşı təzyiqləri daha da gücləndirdiyi bir vaxta təsadüf edir. AXCP-nin vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi uğrunda ardıcıl mübarizəsi, siyasi məhbusların azadlığa buraxılması üçün israrlı tələbləri, konkret sübutlarla sistematik korrupsiyanı ifşa etməsi hakimiyyətin aşkar narazılığına səbəb olur.
Qurultayda qərarların sərbəst diskussiyalar şəraitində, diqqətə layiq bütün təkliflərin nəzərə alınmasıyla qəbulu çox vacibdir. Bununla belə, üzvlərinin əksəriyyəti vətəndaş cəsarəti baxımından həmvətənlərimiz üçün nümunə olan partiya sıralarında parçalanma yaratmaq cəhdlərinə qarşı qətiyyətlə müqavimət göstərmək də çox vacibdir.
Qurultayın bütün iştirakçılarına uğurlu iş arzulayır, şəxsən tanıdıqlarıma da salamlarımı çatdırıram.
Mən Vətənimi gerçəkdən müstəqil, korrupsiyaya qarşı real mübarizə aparan, hər bir vətəndaşının hüquqlarına hörmət edən bir ölkə kimi görmək ümidimi itirmirəm.
***
Keçmiş səfir Arif Məmmədov:
Hörmətli Əli bəy, hörmətli qurultay iştirakçıları, əziz dostlar!
AXCP-nin qurultayı münasibəti ilə hamınızı ürəkdən təbrik edir və apardığınız mübarizədə uğurlar arzulayıram. Mən inanıram ki, partiyanız illər boyu ölkəmizdə M.Ə. Rəsulzadənin ideyalarının əsas daşıyıcısı olaraq demokratik prinsiplərə daim sadiq qalan və ölkədə ədalətin bərqərar olması uğrunda mübarizə aparan partiyadır. Heç şübhəsiz ki, xalqın rifahının yaxşılaşdırılmasını özünün ən əsas məqsədi elan edən AXCP güc mənbəyini də məhz ona dəstək olan xalqdan alır. AXCP bu gün Milli Şuranın bölünməz hissəsi kimi hakimiyyətə qarşı vahid bir cəbhədə əzmlə mübarizə apararaq bu yolda zamanın sınağından uğurla keçmişdir. Əminəm ki, bu müqəddəs mübarizədə həmrəylik nümayiş etdirib mübarizəmizi ali dəyərlərin qələbəsi uğrunda qura bilsək, bu qələbəni mütləq əldə edəcəyik. Bir daha sizlərə uğurlar arzulayıram.
Dərin hörmətlə, Arif Məmmədov, Sizlərin Səfiriniz, Ağ Qərənfillər Hərəkatı
***
Şair-tərcüməçi Araz Gündüz:
Dəyərli xanımlar və bəylər!
Mənim düşüncəmə görə, bugün nəinki AXCP-nin rəhbər strukturlarında yer almaq, hətta onun sıravi bir üzvü olmaq belə böyük və şərəfli iş sayılmalıdır. Geriçi feodal, tayfa-qəbilə qanmazlığına qapılan bir yığın hakimiyyət və sərvət düşkünlərinin gözəl yurdumuzda yaratdıqları bugünkü dözülməz durumda, çörəyin daşdan çıxdığı, insanların əqidələrinə görə izlənildiyi, sıxışdırıldığı, şərlənib qazamata salındığı bugünümüzdə bütünlüklə zorakılıq üstündə qurulmuş bu hakimiyyətə qarşı dirəniş göstərmək, onun üzərinə yeriyib xalqın azadlıqları və haqları uğrunda savaşa atılmaq hər kəsin bacara biləcəyi iş deyildir.
AXCP-dən olan yaxın arxadaşlarım yaxşı bilirlər, mən onları: “öldü var, döndü yox yolunun yolçuları” deyə çağırıram. Doğrudur, AXCP birdən-birə, özü-özünə belə bir yüksəkliyə qalxmadı, bu işdə onun yaradıcısı Əbülfəz Elçibəyin və onun layiqli davamçısı Əli Kərimlinin təşkilatçılığının və minlərlə AXCP üzvünün gündəlik çalışmalarının böyük rolu oldu. Müxtəlif dönəmlərdə AXCP-nin onun sıralarına öz şəxsi maraqları üçün soxulmuş, maskalı adamlardan təmizlənməsi və ələnməsi də oldu. Bu gün də belə satqın və dönüklər, bu iyrənc hakimiyyətin oyuncaqları olaraq, AXCP-nin yoluna daş dığırlamağa çalışırlar. Ancaq keçilən yola baxdıqca, AXCP-nin bütün bu dönəmlərdə qarşısına çıxan maneələri uğurla adlaya bildiyi və daha da gücləndiyi görünməkdədir. Sağlam düşüncəsi olan istənilən insan bu gün Azərbaycanda xalqın haqq işi uğrunda savaşında AXCP-nin ən öndə dayanan bir güc olduğunu görməyə, duymaya bilməz. Kimlərinsə gözlərini yumması ilə ətraf qaranlıq olmadığı kimi, AXCP-nin bu uğurlarına göz yummaq da, onun gördüyü böyük işləri xalqın nəzərlərindən yayındıra bilmir.
Tarixin elə çağları olur ki, bütün xalqın milli-mənəvi dəyərlərinin, eləcə də varlığının qoruyucusu olmaq məsuliyyəti xalqın içindən çıxmış bir bölük insanın çiyninə yüklənir. Tarixdə bunun Göytürkləri Çin köləliyindən qurtarmaq üçün özünün qırx igidi ilə ölümə atılan Gürşad xan kimi, Yunanıstanın qurtuluşu üçün İran şahının qarşısına 300 döyüşçüsü ilə çıxan Spartalı Leonid kimi və başqa çoxlu örnəkləri vardır. Bugünkü AXCP-çilərin gördüyü işləri də, xalqın haqq işi uğrunda apardıqları şərəfli və barışmaz mübarizələrini də, mən bunlara bənzətmək istərdim. Ən başlıcası, AXCP-nin xalqın haqq işi uğrunda savaşında uğur qazanacağına, sabahkı azad, demokratik, insana yaraşan Azərbaycan toplumunda da ön sırada dayanacaq bir güc olacağına inanıram.
Sözümü dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun bugünümüz üçün ibrətamiz ola biləcək bir sözü ilə bitirmək istərdim. Tolstoy rus çarı II Nikolaya göndərdiyi məktubunda yazırdı: “Zorakılıqla xalqı ancaq əzmək olar, onu idarə eləmək olmaz. Bizim çağımızda xalqı idarə eləməyin tək bir yolu xalqın yamanlıqdan yaxşılığa, qaranlıqdan işıqlığa gedən qarşısıalınmaz inkişafında ona başçılıq eləmək ola bilər. İndi xalqı yalnız onun yönəldiyi bu məqsədlərə yaxınlışdırmağa çalışmaqla idarə eləmək mümkündür. Bu işi bacara bilmək üçün hər şeydən öncə xalqa öz istəklərini və ehtiyaclarını demək imkanı yaratmaq, bu istəklərin və ehtiyacların nə olduğunu eşitmək, sonra isə bunları yalnız bir təbəqənin deyil, xalqın bütün təbəqələrinin, ən çox da onun əməkçi hissəsinin xeyrinə olaraq həll etməyə çalışmaq lazımdır”.
İnsan azadlıqlarının tapdalandığı və hakimiyyətin zorla mənimsənilərək xalqa qarşı zorakılıqlarla qorunduğu bugünkü Azərbaycanda, sizlər AXCP olaraq, belə böyük bir missiyanı yerinə yetirməkdə, xalqın qaranlıqdan işığa, yamanlıqlardan yaxşılıqlara gedən yoluna bələdçilik eləməkdəsiniz. Hamınızı ürəkdən salamlayır, alqışlayıram. Görməkdə olduğunuz böyük işlərdə sizlərə uğurlar diləyirəm!
***
Azərbaycanın tanınmış politoloqu, veteran cəbhəçi Hikmət Hacızadə:
Mənim əziz cəbhəçilərim. Əziz xanımlarım və bəylərim. Qurultayınız mübarək! Dəvətinizə də görə minnətdaram. Minnətdaram ki, məni də unutmamısız. Əfsus ki, Bakıda deyiləm. Amma l olan Allah bilir ki, AXC mənim ilk və əbədi məhəbbətimdir. Sizlərə uğurlar olsun!
CƏBHƏÇİ
Sızlar yada düşəndə
Ürəyimin telləri
O mehriban, o əziz
Cəbhəçilik illəri…
Özü yoxsul Cəbhəçi,
Cibləri boş Cəbhəçi,
Qayğısı bol Cəbhəçi!
Çox vaxt bir tikə yavan çörək yeyənlər bilər
Qışda palto yerinə pencək geyənlər bilər…
Qayğısız çağlarında sadə otaqlarında
Oturub gələcəkdən şirin söhbət edənlər
Bir az adi dolanan, bir az sadə dolanan
Fəqət sonsuz eşq ilə bu həyata inanan
Ürəyi şən Cəbhəçi!
Çətində də, darda da
Haqqı deyən Cəbhəçi!
Var olun. Öldü var, döndü yox!
***
Azadlıq qəzetinin baş redaktoru və Azərbaycan Saatı tele-proqramının müəllifi Qənimət Zahid
Əziz dostlar, əziz cəbhədaşlarım. Xalq Cəbhəsinin bu qurultayı bu təşkilata qarşı avtoritarizmin aramsız həmlələrinin təşkil edildiyi, onu parçalamaq, dağıtmaq və millətin təşkilatlanmaq haqqını və nümunəsini yox etmək istədiyi bir zamanda baş tutur. İrticanın həmlələri gücləndikcə cəbhəçilər də eyni inadla və daha artıq şövqlə bu qurultaya hazırlıq prosesini başa çatdırdılar və eyni zamanda təşkilatın bir daha səfərbərliyə alınmasını tarixə yazdılar. Avtoritarizmə qarşı demokratik təşkilatlanma ideyasını inadla davam etdirdilər. Xalq Cəbhəsinin bu nümunəsi bütün Azərbaycan xalqına göstəriləcək nümunədir və ölkədəki avtoritar hakimiyyət milləti məhz bu nümunədən məhrum etmək istəyir. Amma Xalq Cəbhəsi özünün mövcudluğu ilə diktaturanın qara niyyətlərinin qarşısını alır. Təəssüf edirəm ki, bu qurultayda iştirak edə, cəbhəçilərin bu sevincini birbaşa, orada bölüşə bilmirəm. Amma Xalq Cəbhəsinin üzvü dünyanın harasında olursa-olsun bu təşkilatın daşıdığı missiyanı daşıyır və sizi əmin edirəm ki, bütün çətinliklərə baxmayaraq bu təşkilatın bütün nümunəvi və zəhmətkeş üzvlərindən hər birinin gördüyü iş qədər işləməkdə davam edəcəyəm. Çünki arxamızda böyük bir təşkilat, könlümüzdə isə bu təşkilatın elan etdiyi müqəddəs ideyalara köklənmiş bir sevda var.
Bu qurultay münasibəti ilə cəbhədaşlarımı təbrik edirəm. Xalq Cəbhəsinin diktaturaya qarşı müqavimətini və mübarizəsini təşkil edən lideri Əli Kərimlini təbrik edirəm. İnanıram ki, fədakar cəbhəçilər, bu təşkilatın lideri Əli Kərimli var olduqca Azərbaycan Xalq Cəbhəsi ölkədə azadlıqların məşəlini daha yüksəklərə qaldırmağı bacaracaqlar. Azərbaycanın demokratikləşməsi, ölkə insanının haqq və hüquqlarının təmin ediləcəyi bir cəmiyyətin qurulması bu təşkilatın müqavimətindən asılıdır. Bu, olduqca böyük və müqəddəs missiyadır. İnanıram ki, biz birliyimizi qoruyub saxlayacağımıza, yad səslərin və saxta çalarların təşkilatın fəaliyyətinə müdaxiləsinin qarşısını uğurla hər zaman aldığımıza görə bu missiyanı da uğurla daşıya və millətin o gələcəyə qovuşdurulmasına nail olacağıq.
***
Vicdan məhbusu, “Azadlıq” qəzetinin və Azərbaycan Saatı proqramının əməkdaşı Seymur Həzi:
Əziz cəbhəçilər!
Sizi bu böyük zindanın kiçik guşəsindən salamlayır və hər birinizi qardaşca bağrıma basıram.
Onu deyim ki, buralarda, bu bağlı qapılar arxasında 60 yaşını ötmüş Leyla və Arif Yunusların, gənc Xədicə İsmayılın, hərəkət qabiliyyəti məhdud olan Qarabağ qazisi Asif Yusiflinin, Qarabağ veteranı, nəfəs almağa çətinlik çəkən Tofiq Yaqublunun da olduğunu düşündükcə “zindandayam” deməyi özümə yaxın buraxmıram. Mən cəhənnəmdən yer bəyənib-bəyənməyənlərdən deyiləm. Mənim sizinlə birgə bu ölkəni cənnətə çevirmək istədiyim hər birinizə məlumdur.
Bu möhtəşəm qurultay da ölkəmizin haqq etdiyi gələcəyə yaxınlaşması üçün atılan addımlardan biridir!
Əziz cəbhəçilər, hüquqi baxımdan olmasa da, mənəvi baxımdan mənim bir səsimi də hər zaman mütləq əksəriyyətin, Əli bəyin səsinin yanında saymağınızı təvəqqe edirəm.
Mübarizəmizin nəticəsinə şübhə edib rejimin kölgəsinə sığınanlar heç vaxt bizdən, yəni haqq tərəfdarlarından olmayıblar. Ona görə də könül bulandıran kiçik şeylərə fikir vermədən böyük yola davam etmək bizim üçün ən başlıca vəzifədir.
Əziz cəbhəçilər!
Verdiyiniz qərarların əziz millətimizə xeyirli və uğurlu olacağına inanaraq hər birinizi bağrıma basır, sizə bol şans, enerji arzulayıram. Kərbəlayı demişkən, bu rejim sizdən qorxmur, lap üyüdür!
Tezliklə haqqın zəfər çalması diləyi ilə sizin Seymur Həzi.
***
Tanınmış professor Kamil Vəli Nərimanoğlu:
Azərbaycan Xalq Cəbhəsi qurultayına təbrik!
Əziz dostlar, hörmətli Əli bəy, şərəfli və ağır mübarizə yolu keçən Azərbaycan Xalq Cəbhəsinin qurultayını ürəkdən təbrik edir, bu mübarizə yolunda hamımıza can sağlığı arzulayıram!
Müstəqillik, azadlıq və demokratiya uğrunda mübarizədə Azərbaycan Xalq Cəbhəsi’nin Sovet rejiminə və diktatöryaya qarşı apardığı misli görünməmiş ağır mübarizəde partiyanın rəhbərliyinin və sıra nəfərlərinin iradəsi qırılmamış və partiya hər cür təzyiqə, zülmə baxmayaraq öz mübarizəsini əsla buraxmamış və Resulzade- Elçibəy yolunu ləyaqət və şərəflə davam etdirmişdir. Nə şərəfini itirmiş azğınlar nə də sərvətə satılmışlar Cəbhənin iradəsini qətiyyən sarsıda bilmemişdir. Bu gün, Azərbaycan Xalq Cəbhəsi partiyası siyasi meydanda teklense də, hər cür şərə, böhtana, şere, iftiraya məruz qalsa da, nə bu zülmlər, nə həbsxanalar, nə də heç bir şeylə müqayisə olunmayan təzyiqlər Cəbhənin tarihi mübarizəsinin qarşısını əsla ala bilməmişdir.
Bu gün, Xalq Cəbhəsi, Azərbaycanın müstəqilliyinin və demokratiya mübarizəsinin qarantı rolunu oynamaqdadır. Vətəndaş hüquqları uğrunda mübarizə aparan və əsl qəhrəmanlıq nümunəsi göstərən siyasi məhbuslar Xədicə İsmailova’nın, Yunuslar ailəsinin, hüquq müdafiəçilərinin, cəsarət nümunəsi olan gənclərin ağır mübarizəsinin sədaqətli müdafiəçisi və mücadele ve eqide yoldaşı olan Xalq Cəbhəsi Partiyası Rəsulzadə və Elçibəy yolunu davam etdirən yeganə böyük siyasi qurumdur.
Xalq Cəbhəsi’nin dəyişməyən dayağı, yeganə müttəfiqi məzlum millətimiz və dünya demokratiya gücləridir.
Bu yolun şərəflə davam edəcəyinə və zəfərlə nəticələnəcəyinə inanmaqtayız.
Yaşasın Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Rəsulzadə və Elçibəy ideallarının əzmkar mübariz davamçıları olan şərəfli Cəbhəçilerimiz!
Allah mübarizə yolumuzu aydınlığa qovuşdursun!
Hörmət və sevgilərlə,
Kamil Vəli Nərimanoğlu
Türkiyədən “Azadlıqdan Tiranlığa” kitabı ilə ölkəmizdə də yaxşı tanınan, keçmiş diplomat Turqut Ər:
Azərbaycan Xalq Cəbhəsi yalnız Azərbaycanda deyil, bütün Qafqazlarda və Türk coğrafiyasında kommunizmin çöküşünün önəmli təşəbbüsü ilə irəli atılan azadlıq hərəkatıdır. Azərbaycanda millətin səyi və enerjisi, o cümlədən 20 Yanvar şəhidlərinin qanı bahasına həyata keçirilən azadlıq ideyaları şübhəsiz, Xalq Cəbhəsinə məxsusdur. O zamanlar Xalq Cəbhəsi millətin açıq təfəkkürlü və gerçək ziyalılarının birliyi olaraq yaranmış, ən qısa zamanda ən böyük hərəkata çevrilmişdi. Ölkədə hakimiyyətə gəldikdən sonra da Xalq Cəbhəsi Azərbaycan xalqına güvənərək türkdilli respublikalar arasında demokratik dövlət quran tək təşkilat olmaqla 1918- ci il nümunəsini təkrarən gerçəkləşdirdi. Təəssüf ki, kommunizm qalıntıları, bağımsız Qafqasyanın əleyhdarları və Türk dünyasında demokratiyanı, hüquqi dövlətçilik ənənələrini əngəlləməyə hazır olan qüvvələr birləşərək demokratik və vətənpərvər bir iqtidarı süquta yetirdilər. Bu hərəkatın lideri Əbülfəz Elçibəy isə öz ölkəsində sürgün həyatı yaşamağa məcbur edildi. Daha sonra Xalq Cəbhəsinin gənclər qanadı uzun illər ərzində ağlagəlməz əzab və məhrumiyyətlərə, işgəncələrə baxmayaraq bütün əziyyətlərə dözdülər və Xalq Cəbhəsinin mübarizə prinsiplərini öz çiyinlərində yorulmadan, usanmadan daşımağa başladılar. Bu mübarizə artıq partiyalaşmış Azərbaycan Xalq Cəbhəsinin hüquq dövləti və demokratiya uğrunda mbarizəsidir və inanıram ki, partiya bu mübarizəni öz hədəfinə yetirəcəkdir. Çünki, Azərbaycan Xalq Cəbhəsinin indiki üzvləri, rəhbər heyəti və lideri kimsəyə borclu olmayan, kimsənin qarşısında öhdəliyi və gözü kölgəliliyi olmayan, alnı açıq-üzü ağ nəhəng bir komandadır. İnanıram ki, yaxın zamanlarda Azərbaycan xalqı Xalq Cəbhəsinin bu mübarizəsinin nəticəsini görəcəkdir və bu nəticə demokratik, hüquqi əsaslar üzərində qurulan Azərbaycan dövləti olacaqdır. Partiyanın bütün üzvlərini, rəhbərlərini və lideri Əli Kərimlini sevgi və sayğı ilə salamlayır, bu böyük törəndən dolayı onların hər birini təbrik edirəm.
***
“Azadlıq” qzəetinin İstanbul təmsilçisi, tanınmış yazar Cahit Kılıç:
AZERBAYCAN HALK CEPHESİ PARTİSİ KURULTAY BAŞKANLIĞINA
Dünya tarihine bağımsız ve demokratik bir Azerbaycan Cumhuriyeti yazdıran, büyük şahsiyet, ulu önder Mehmet Emin Resulzade’nin izinden yürüyen ve demir perdeleri yırtarak yeniden bağımsız bir Azerbaycan Cumhuriyeti kuran, Türklüğün büyük evladı, Türk Dünyası’nın eşsiz liderlerinden biri, merhum Ebülfez Elçibey’in partisinin deruhte ettiği parti kurultayını yürekten kutluyorum.
Günümüz dünyasında; bağımsızlık kadar özgürlüğün de önemli olduğunu asla unutmadan ve bu yolda mesafe kat etmek için yorulmadan, bıkmadan, usanmadan ve asla vazgeçmeden çalışmak gerektiğinin de bilincinde olduğunuzdan asla şüphem yoktur.
Muasır medeniyetlere ulaşmanın yolunun:
İnsan hak ve hukukunu tam olarak gözetmekten…
Gerçek ve tam adaletin tesisinden…
Tekelciliğin yıkılarak toplumun tüm katmanlarına hakça paylaşımdan…
Eşit eğitim hakkından, sosyal adaletin tesisinden…
Ülke kaynaklarını toplumun tüm kesimlerine yayarak, gelir adaletini sağlamaktan…
Devleti milletin efendisi yapmak yerine; millete hizmet müessesesi haline getirmekten…
Düşünce özgürlüğünden ve düşünceyi özgürce ifade etmekten…
Geçtiğini asla unutmamak gerekir…
Bu gün, Azerbaycan’ımızın siyaset sahnesinde bir mihenk taşı olan Azerbaycan Halk Cephesi Partisi’nin, Türklüğün büyük lideri Elçibey’den sonra görevi devralan ve bu kurultaya kadar; büyük bir basiretle, ferasetle, cesaretle, dirayetle ve aklıselimle görevi sürdüren Sayın Ali Kerimli’nin siyasi kişiliği ve liderliği takdire şayandır. Ve uzaktan müşahedem odur ki, parti mensupları da Sayın Ali Kerimli’ye medyun-u şükrandır.
Parti kurultayınızı tekrar kutlarken; Bağımsız ve özgür Azerbaycan’ın temel taşlarının yeni baştan döşeme ve uygar dünya ile yarışabilir duruma getirme sorumluğunun da omuzlarınızda olduğunun bilincinde olduğunuzu biliyor, bir kardeşiniz olarak sizlere inanıyor, güveniyor ve bu yolda başarılar diliyorum.
En derin saygılarımla
***
Kocaeli-dən Vəkil Arif Aküzüm:
Azerbaycan Halk Cephesi Partisinin geçirmekte olduğu kurultayı can-ı gönülden tebrik ederim. Ebülfez Elçibey gibi büyük bir liderin mirasçılarının, Elçibey’e layık olduklarından ve bundan sonra da layık olacaklarından asla şüphem yoktur. Kardeş ülke Azerbaycan’ın geleceğine, bağımsızlığına ve özgürlüğüne hizmet yolunda her engeli aşacağınıza ve çağdaş ülkelerle yarışacağınıza inancım tamdır. Başarılar diliyorum.
Saygılarımla.
***
İstanbuldan iqtisadçı və maliyyə mütəxəssisi Ahmet Üder:
Azerbaycan Halk Cephesi Partisi olağan kongresi Divan Başkanlığı’na
2015 yılı olağan kongrenizi kutlar, Azerbaycan Halkının uluslararası standartta insan haklarına uygun, özgür ve refah seviyesinin daha yükseltilmesi konularındaki çalışmalarınız Azerbaycan Halkı tarafından şüphesiz çok iyi bilinmektedir. Bu konularda önünüzdeki engelleri demokrasi çerçevesinde aşacağınıza olan inancım sonsuzdur. Bu vesile ile tüm Azerbaycan Halkına ve sizlere ve tüm delegelere de saygılarımı sunuyorum.
***
İstanbuldan iş adamları Selma ve Velican Belet cütlüyü
Azerbaycan Halk Cephesi Partisi Kurultay Başkanlığı’na.
2015 yılı olağan kurultayınızı kutlarken, Büyük lider Elçibey yolunda Azerbaycan halkının geleceğine ve refahına, özgürlüğüne ve bağımsızlığına tam manasıyla katkıda bulunacağınıza gönülden inanıyoruz. İnandığınız bu doğru yolda sizlere başarılar dileriz. Yaşasın Türkiye ve Azerbaycan kardeşliği. Yaşasın Elçibey mefkuresi. Saygılarımızla.
***
İqtisadçı-yazar Memduh Bayraktaroğlu:
Azerbaycan halk cephesi partisi kurultay başkanlığına
Türk dünyasının entelektüel, demokrat, bağımsızlık duygusu karakterinin mütemmimi olan büyük önderlerinden Mehmet Emin Resulzade’nin ahfadı tarafından kurulan bağımsız Azerbaycan Cumhuriyeti’nin ve Türklüğün büyük evladı, değerli lideri merhum Ebülfez Elçibey’in partisinin düzenlediği parti kurultayını en samimi duygularımla ve büyük bir coşkuyla kutluyorum.
***
İstanbuldan azərbaycanlı uzman doktor Cahangir Səfərov:
Azərbaycan sevgisini ürəyində günəş kimi daşıyan, vətən və millət davasını həyatının böyük idealına çevirən dəyərli bacı, qardaşlarım! On illərdir bu müqəddəs yolda büdrəmədən, yorulmadan, dönmədən yürüyən, ən ağır məhrumiyyətlərə sinə gərən, şəxsi qurbanlar verən dəyərli dostlarım! Ölkənin simvollaşmış insanları, hörmətli sədr, fədakar veteranlar, cəsur gənclər! Bu tarixi gündə sizləri salamlamaqdan və təbrik sözlərimi ünvanınıza çatdırmaqdan qürur duyuram.
Azərbaycan Xalq Cəbhəsi ölkəmizin ən ağır günlərində, xalqın taleyində dönüş yaradan bir güc olaraq yaranıb. İnsanlarımızın vətən, torpaq, xalq sevgisindən doğulan bu təşkilat on illərin ağır sınaqlarından üzüağ çıxaraq, öz yoluna, prinsip və ideallarına sadiqliyini əməli ilə sübuta yetirib. Tarixin ən ağır dönüş nöqtəsində yaranan xalqın cəbhəsi olaraq, müstəqillik davasını insan azadlıqları, demokratiya və qanunun aliliyi müstəvisində davam etdirməyi bacaran tək güc olub.
Bu gün AXCP-nin ölkədə yaranmış qanunsuz rejimə qarşı qorxmadan dirənən əsas güc mərkəzi olaraq qaldığını da kimsə inkar edə bilməz. Əziz əqidədaşlarım, inanıram ki, bu zəhmətiniz hədər getməyəcək. Gün gələcək yazdığınız tarix səhifələrində adınız qızıl xətlə keçəcək. Bu partiya sıralarında yer alan hər bir əqidəli, cəsur insan özündən sonra gələnlərə mübarizə örnəyi olacaq. Bu gün mənə çox doğma olan bu təşkilatın üzvlərini, başda hörmətli sədr Əli Kərimli olmaqla ürəkdən təbrik edirəm. Qurultayınızın ölkəyə səs salacaq bir tədbir olacağına əminəm. Bu müqəddəs işinizdə hamınıza uğurlar arzulayıram. Tanrı sizə yar olsun!
***
Vyanadan professor Kutluq Kağan Sümer:
Hayatım boyunca Ebülfez Elçibey’e ve tam bağımsız Azerbaycan’a inandım. Benim gibi bu kutlu davaya inanmış Azerbaycan Halk Cephesi Partisinin kurultayını ve Azerbaycan Milliyetçilerini kutluyorum. Bir kere yükselen Bayrak bir daha inmez.
***
Ukraynadakı diaspor təmsilçilərimizdən biri, Milli Şuranın üzvü Yalçın Qəhrəmanoğlu:
Azərbaycan Xalq Cəbhəsi bizim hər birimizin təşkilatıdır. Bizim yeniyetməliyimiz, gəncliyimiz bu təşkilatın cəmiyyətə təqdim etdiyi mübarizə nümunələrinin ruhu ilə qidalanıb və ondan təsirlənib. Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəmizdə demokratiya uğrunda mübarizənin simvollaşmış təşkilatıdır və hesab edirəm ki, biz sahib olduğumuz bütün imkanlarla bu partiyanın ideyalarının həyata keçməsinə yardım etməliyik, çünki bu, bizim millətin xoşbəxtliyi uğrunda verilən mübarizədir. Xalq Cəbhəsinin bütün üzvlərini təbrik edir və onların yorulmadan apardığı mübarizə ideyalarını onlarla bölüşdüyümü qürurla bildirirəm.
***
Rusiya demokratları adından PARNAS (Xalq Azadlığı Partiyası) sədri Mixail Kasyanov:
Azərbaycan Xalq Cəbhəsi hələ ötən əsrin 80-ci illərində Azərbaycan dissidentlərinin demokratiya və hüquq dövləti uğrunda mübarizə niyyəti ilə yaratdığı bir təşkilatdır. Postsovet məkanında bu təşkilatın mübarizəsi müasir dəyərlər uğrunda verilən mübarizə tarixinə yazılan bir nümunədir. O zamanlar müxtəlif ölkələrdə yaradılan bu cür hərəkatlar və partiyalar sonradan avtoritar rejimlərin təzyiqləri və ya müxtəlif səbəblərdən dağılıb getsə də, Azərbaycan Xalq Cəbhəsi öz davamlı və inadlı mübarizəsi ilə nəinki aktuallığını saxlayır, eyni zamanda Azərbaycanın əsas müxalifət gücü olaraq meydandadır. Biz Xalq Cəbhəsinin mübarizə ideyalarının Azərbaycanda və bütün bu coğrafiyada demokratik, insan haqlarına hörmətlə yanaşan sistemin qurulması olduğunu bilir və bu təşkilata hörmətlə yanaşırıq. Hesab edirik ki, avtoritar rejimlərin olduğu ölkələrdə cəmiyyətlər və xalqlar bu cür təşkilatların ətrafında birləşməklə indiki siyasi böhrandan çıxa və öz tarixlərini müasir, demokratik dünyanın tarixi ilə birləşdirə bilərlər.
Növbəti qurultay münasibəti ilə Xalq Cəbhəsi Partiyasının üzvlərini və onun lideri Əli Kərimlini təbrik edir, uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycanda demokratiya uğrunda hərəkatın avanqardı olan Azərbaycan Xalq Cəbhəsi Partiyası öz missiyasını qələbə ilə başa çatdıracaq.
***
İstefada olan polkovnik, AXCP üzvü İsa Sadıqov:
Bu gün 80-ci illərin sonlarından etibarən milli- azadlıq hərəkatının aparıcı qüvvəsi və ölkənin ən iri siyasi partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsiin qurultayıdır. Bu partiya 20 ildən artıqdır ki, faktiki olaraq heç bir qanun- qayda tanımayan qəddar bir rejimə qarşı qüvvələrin qeyri-bərabər olduğu mübarizə aparır. Bu, xalqın və dövlətin gələcəyi uğrunda, demokratiya uğrunda, azadlıqlar uğrunda, hüquq dövləti yaradılması uğrunda mübarizədir və mən qətiyyən şübhə etmirəm ki, məhz, AXCP bu qəddarlığa, xalqın alçaldılmasına, talana və yalanlara, xalqa qarşı inzibati terrora son qoyacaq. Şübhə etmirəm ki, məhz, Xalq Cəbhəsi Əli Kərimlinin rəhbərliyi ilə 80-ci illərin sonunda başlanan mübarizəni qələbə ilə sona çatdıracaq, millətin istismar edilməsinə son qoyacaq. Gün kimi aydındır ki, indi Xalq Cəbhəsi davamlı olaraq təzyiqlərə və təqiblərə məruz qalan, amma öz mübarizə prinsiplərindən bircə addım belə geri çəkilməyən yeganə, ən böyük müxalifət partiyasıdır. Xalq Cəbhəsi hakimiyyətin hüdudsuz görünən resurslardan sitifadə etməklə bu partiyanı sıradan çıxarmaq, yox etmək, dağıtmaq planlarına qarşı mərdliklə sinə gərir və bu məkrli planları iflasa uğradır.
Başda Əli Kərimli olmaqla bütün partiya üzvləri rejimin bütün cəhdlərinə baxmadan mübarizəni davam etdirir və ədalətin bərpasına qədər də davam etdirəcəklər.
Son 22 ildə bu partiyaya və onun liderinə qarşı tətbiq edilməyən nələr qaldı ki?! Partiyanın dublikatları yaradıldı, ayrı-ayrı, hətta tanınmış üzvləri də satın alındı, bütün partiyaya qarşı aqresiv təzyiqlərlə bərabər onun lideri 10 ildir ki, xarici səfərlərinə qadağa qoyulmuş durumdadır. Heç bir siyasi liderə qarşı bu qədər aqressiv davranış mşahidə edilmir və bu, br daha onu göstərir ki, hakimiyyət məhz, AXCP-dən, onun mübarizə potensialından və mübarizə nümunəsindən qorxmaqdadır.
Son zamanlar bəzi “ictimai xadimlər” Əli Kərimlinin siyasətdən getməsinin, yeni partiya liderinin seçilməsinin zəruriliyi haqqında gülüş doğuran arqumentlər səsləndirməyə başlayıblar. Mənim mövqeyim birmənalıdır: məhz, Əli Kərimlinin liderliyi ilə Xalq Cəbhəsi öz mübarizəsinə davam deməli və bütün millətimizi avtoritar rejim üzərində qələbəyə çatdırmalıdır. Son illərin təcrübəsi hər an sübut etməkdədir ki, məhz, o özünün nüfuzu, liderlik kefyfiyyətləri və qabiliyyətləri ilə partiyanı və cəmiyyətin mütərəqqi kəsimini, xalqın mübarizə ruhunu səfərbər edərək qəddar rejimə qarşı dirənişi ən effektiv şəkildə təşkil edə bilər. Son illərin hadisələri bu həqiqəti yalnız bizə, partiya üzvlərinə deyil, həm də bütün cəmiyyətə sübut edib. Allaha şükür ki, biz bəzi dırnaqarası liderlərin ağzı köpüklənə-köpüklənə səsləndirdiyi bəyanatları da eşidirik, siyasəti biznes və alver predmetinə necə çevirdiklərini də müşahidə edə bilirik. Bu cür saxta liderlərin davranışlarının nəticəsidir ki, yüzlərlə, minlərlə insan siyasətdən üz döndərib. Bu cür başa bəla liderlər öz siyasi ambisiyalarını da, elan etdikləri siyasi ideallarını da xalqın onlara olan inamı ilə birlikdə satıblar. Belələri parlament kürsüsü ilə, eləcə də muzdla mükafatlandırılır və adamlar bu gerçəkləri yaxşı bilirlər.
İndi Azərbaycanda və onun hüdudlarından kənarda milyonlarla insan Xalq Cəbhəsi Partiyasının fəaliyyətini böyük diqqətlə izləməkdədir, ona inanırlar və ölkənin gələcəyini bu partiya ilə bağlayırlar. Öz adımdan, mənə inanan və güvənən müharibə veteranlarının adından Xalq Cəbhəsinin qurultayını təbrik edir, Cəbhəçilərə uğurlar arzulayıram. Biz bu partiyanın ideyalar uğrunda mübarizəsinə inanırıq, partiya ilə, onun lideri Əli Kərimli ilə birlikdəyik. O bu rejimin öz yolundan döndərə bilmədiyi nadir ictimai- siyasi liderlərdən biridir. Söhbət isə ümumiyyətlə, partiya və ya qrup maraqlarının təminatından getmir, millətin mənafeyindən gedir. Biz bu ideallar uğrunda Xalq Cəbhəsinin sıralarındayıq!
***
Niderlandda mühacirətdə olan hüquqşünas Ataxan Əbilov:

Son vaxtlar hakimiyyətin AXCP-yə qarşı hazırladığı Razi əməliyyatı da rejimin bütün planları kimi uğursuzluğa düçar oldu. Hələ bizlər şərəfli mübarizə yolunda çox raziləri əzib keçəcəyik.
Zindanlarda olsaq da, təzyiqlərə məruz qalsaq da yorulmadan, qorxmadan mübarizəmizi davam etdirəcəyik. Növbəti qurultayımızı inaşallah demokratik Azərbaycanda keçirəcəyik.
Fürsətdən istifadə edərək AXCP-nin və Milli Şuranın parlament seçkilərində iştirakdan imtina qərarını uğurlu qərar olduğunu diqqətinizə çatdırmaq istəyirəm. .
Yaşasın Xalq Cəbhəsi! Eşq olsun, mübarizə dostlarıma!
30 saatdan sonra qurultayınız başlayacaq. Mən bu anda müqəddəs Kəbənin qarşısında xalqımıza, dövlətimizə dualar edir, ALLAH(c.c) dan millətimizə əmin-amanlıq, ruzi-bərəkət, birlik, torpaqlarımızın azad edilməsində bizə təpər, cəsarət verməyini diləyirəm.
Bütün bunlara nail olmaq üçün siz ləyaqətli cəbhəçilərin də xüsusi rolu var və inanıram ki, indiyə qədər olduğu kimi, bundan sonra da mübarizəni davam etdirəcək, ölkəmizdə insansevər, xalqpərəst, demokratik və islam dəyərlərinin yüksək tutulduğu bir dövlət quruculuğuna öz töhvələrinizi verəcəksiniz.
Qurultayınıza uğurlar arzulayıram!
İnanıram və əminəm ki, indiki sınaqlardan da mətinliklə çıxacaq, partiyanın monolitliyini qoruyacaq, bədxahları sevindirməyəcəksiniz.
Bununçün siz dəyərli dostlarımda lazım olan hər şey var:
– Vətənə məhəbbət,
– demokratiyaya inam,
– müasir dünya dəyərlərinə sədaqət,
– əzmkarlıq,
– cəsarət,
– ən əsası isə, məqamında və yerində olan lider!!
Uğurlar sizinlə olsun!
AMİN !!!!