İspaniyanın “Barselona” klubunun ulduzu Lionel Messi İspaniya çempionatının 6-cı turu çərçivəsində “Las-Palmas”a qarşı keçirilən oyunda diz bağını zədələyib və 2 ay müddətinə sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı forvard “Las-Palmas”ın müdafiəçisi Pedro Biqas ilə toqquşmadan sonra görüşün 10-cü dəqiqəsində əvəzlənib. Bu Messinin karyerasında ən tez əvəzetmə olub. Messi cari mövsümdə “Barselona”da doqquz oyun keçirib və 6 dəfə fərqlənib.
azadlıq.info