Ukraynanın Xarici İşlər Nazirliyi Qazaxıstan dərsliklərində Krımın Rusiya ərazisi kimi göstərilməsinə görə etiraz notası təqdim edib.
Sənəddə deyilir ki, bu nəinki beynəlxalq ictimaiyyət, eləсə də Ukraynanın ərazi bütövlüyünə dəstəyini bildirən Qazaxıstanın özünün də rəsmi mövqeyinə ziddir.
Ukrayna yeni dərslikləri istifadə etməməyə səsləyib.
Qazaxıstan əhalisinin bir hissəsinin “Rusiya təbliğat infeksiyasına yoluxduğunu” deyən Kiyev, həmçinin Astananı Rusiya kanallarının yayımının məhdudlaşdırılmasına çağırıb.
Mübahisəli dərslik Qazaxıstanın “Mektep” nəşriyyatı tərəfindən buraxılıb. Dərslikdə Krım Respublikası Rusiya Federasiyasının subyekti kimi göstərilir.
Xəbər Ukraynada geniş reaksiya doğurub.
Kiyev Krımın Rusiyaya birləşdirilməsini ərazisinin ilhaqı kimi dəyərləndirir. Moskva addımının qanuni olduğunu hesab edir.