AXCP-də Qurultay hazırlıqlarına yekun vurulub

QurultayAXCP-də Qurultay hazırlıqlarına yekun vurulub. Bu həftə partiyanın Şəmkir və Sumqayıt şöbələrində konfranslar keçirilib. Konfranslarda şöbələrin yeni seçkili orqanları formalaşdırılıb, Qurultaya nümayəndələr seçilib.

Sentyabrın 23-də Şəmkir rayon şöbəsinin konfransı keçirilib. Bilal Məmmədov şöbənin sədri, İsmail Məmmədov Ali Məclis üzvü, Kamal İbrahimov isə məclis sədri seçilib. Rayon şöbəsinin 3 nəfərdən ibarət NTK üzvü, 5 nəfər tərkibdə isə qurultay nümayəndələri seçilib.

 

Sentyabrın 24-də isə AXCP Sumqayıt şöbəsinin konfransı keçirilib və bununla da Qurultay hazırlıqlarına yekun vurulub.

Konfrans üzvüləri  Elnur Həsənovu Sumqayıt şöbəsinin sədri,  Cabbar Savalanlını isə Ali Məclisin üzvü seçiblər.