Sabirabadda 14 yaşlı oğlan Kürdə boğulub

KurSabirabadda Kürdə boğulan 14 yaşlı oğlanın axtarışları davam etdirilir.

Sabirabad rayon Polis Şöbəsindən verilən məlumata görə, sentyabrın 23-də günorta saatlarında rayonun Ulacalı kəndində kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədli Telman Seyran oğlu Kür çayında çimərkən boğulub. Kənd sakinlərinin bildirdiyinə görə, uşaq boğularkən onunla birlikdə çayda çimən həmkəndlisi Telmanı xilas etmək istəsə də, buna nail ola bilməyib.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

 

(apa)