Rayon icra hakimiyyətlərinin pulu kəsildi

pul

Qadir İbrahimli: «Bu isə icra strukturlarında çalışan bir sıra şəxslərin iş yerini itirməsi deməkdir»

Gələn il dövlət büdcəsindən rayon və şəhərlərə ayrılan mərkəzləşdirilmiş vəsait 8.2 faiz ixtisar edilib. 2016-cı il dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 766.3 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 68.2 milyon, ötən illə 120 milyon manat azalma deməkdir.

Gələn ildən Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron, Imişli rayonları ilə yanaşı, Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına təmin edəcək. Qeyd edək ki, 2016-cı ildə rayon və şəhərlərin ümumi büdcəsində xərclər 1.5 milyard manat proqnozlaşdırılır. Bu da cari ilə nisbətən 112.7 milyon manat və 6.8 faiz azdır.

Bəs, bu azalma regionlar üçün nə vəd edir?

qadir-ibrahimli

 

 

 

 

 

 

 

Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, gələn ilin dövlət büdcəsində mərkəzləşdirilmiş dövlət xərclərinin ixtisarı nəzərdə tutulub. Büdcənin ümumi rəqəmlərindən həm paytaxt, həm də regionlar üçün ayrılan vəsaitlərdə azalmanın olacağı büdcənin tərtibatından aydın göründüyünü deyən Q.Ibrahimli vurğuladı ki, baş verən azalma ölkənin neft gəlirlərinin azalmasının fonunda baş verən tendensiyadır: “Vəsaitlərin azalması regionlar üçün yaxşı heç nə vəd etmir. Amma ayrılan vəsaitlər regionların inkişafına elə bir təsir də etməyəcək. Çünki regionlar bu vəsait hesabına məşğulluq problemini həll etmirdi. Bu, sadəcə olaraq inzibati, təsərrüfat xərclərinin azalması deməkdir. Bu isə icra strukturlarında çalışan bir sıra şəxslərin iş yerini itirməsi deməkdir”.

Xəyal