Vaşinqtonda yerləşən Amerika Xolokost muzeyi Azərbaycanı vətəndaşlara qarşı kütləvi zorakılıq törədilə biləcək ölkələr sırasına daxil edib.
Bu barədə muzeyin gerçəkləşdirdiyi “Erkən xəbərdarlıq layihəsi” çərçivəsində aparılmış tədqiqatda vurğulanır.
Layihəni həyata keçirən tədqiqatçılar bütün üzrə baş verə biləcək kütləvi zorakılıq riskini qiymətləndiriblər. Hər ölkənin reytinq səviyyəsi onun “kəmiyyət və keyfiyyətinin analizi” əsasında müəyyənləşdirilib. Müəliflərin sözlərinə görə, layihənin məqsədi həmin ölkələrin hökümətlərinə və hüquq müdafiəçilərinə kütləvi qətllər baş vermədən öncə tədbir görmək imkanı yaratmaqdır.
Layihəni həyata keçirən mütəxəsislər Azərbaycanda kütləvi zorakılıq riskini 0,5% səviyyəsində qiymətləndiriblər. Halbuki, earlywarningproject.com saytının məlumatına görə, Azərbaycanın qonşuları Gürcüstan və Ermənistanda risk həddi 0,4% -dən aşağı qiymətləndirilib. Ən təhlükəli vəziyyətdə olan ölkələr isə Myanma– 13,2%, Nigeriya– 12,3% və Sudandır– 8,5%.
Kütləvi zorakılığın riski çox olan ölkələr
Təşkilat həmçinin İsveç, Norveç və Finlandiya üçün kütləvi zorakılıq riskini 0,0% səviyyəsində qiymətləndirib. Lakin Amerika, Norveç və Finlandiya üçün isə risk həddi 0,1% təşkil edir.
Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə isə ən təhlükəli kütləvi zorakılıq riski olan ölkələrdən biri Ukraynada bu göstərici 1,7 faiz təşkil edir. Bu, ölkədə son iki ildə baş verən hadisələr fonunda təəccüb doğurmur. Ukraynadan sonra Rusiya gəlir və bu ölkədə kütləvi zorakılıq riski 0,9% təşkil edir.
Kütləvi zorakılığın riski az olan ölkələr
(anspress)