Ələsgər Məmmədli: «Azərbaycan Avropanın standartlarını qəbul etmirsə, Avropa Şurasına üzvlük məsələsi gündəmə gələ bilər»
Xəbər verdiyimiz kimi, Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 22-24-də Avropa Insan Haqları Məhkəməsinin çıxardığı qərarların icrasını araşdıracaq. Narahatlıq doğuran ölkələr arasında Azərbaycan da var. Komitə Azərbaycanla bağlı 4 qərarı araşdıracaq.
Onların arasında hazırda həbsdə olan ReAL hərəkatının lideri ÿIlqar Məmmədovla ÿkeçmiş səhiyyə naziriÿ Əli Insanovÿ da var.
Avropa Məhkəməsi 2014-cü ilin mayında Ilqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin həmin qərarına əsasən, Ilqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir.
Amma Azərbaycan hökuməti həmin il avqustun 8-də Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Kollegiya oktyabrın 13-də müraciətə baxıb və onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Bununla da Məhkəmənin mayda çıxardığı qərar qəti qüvvəyə minib.
Amma bugünədək qərar icra edilməyib.
Avropa Insan Haqları Məhkəməsi 2013-cü il martın 14-də isə keçmiş səhiyyə naziri Əli Insanovun Insan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi) və 6-cı maddələri (ədalətli məhkəmə çəkişməsi hüququ) ilə zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb və ona 10 min avro həcmində kompensasiya verilməsi barədə qərar çıxarıb.
Bu qərar da indiyədək icra olunmayıb.
Digər qərar isə 2005-ci il parlament seçkiləri ilə bağlıÿ Nemət Əliyevin ÿşikayəti ilə bağlıdır.
Avropa Məhkəməsi həmin vaxt qərara alıb ki, Azərbaycan Apelyasiya Məhkəməsi sənədlərin surətini sənəd kimi qəbul etməməklə qanunu pozub. Ona görə Avropa Insan Haqları Məhkəməsi mənəvi ziyana görə Azərbaycan hökumətini 7500 avro cərimə edib.
4-cü icra edilməyən qərar isəÿ Rövşən Mahmudov və Yaşar Ağazadə barəsindədir. Avropa Insan haqları Məhkəməsi 2009-cu ilin martında onların ifadə azadlığının pozulması barədə qərar çıxarıb.
Qərara əsasən, hökumət onlara dəymiş mənəvi zərərə görə 1000 avro, məhkəmə xərclərinə görə isə 925 avro təzminat ödəməlidir, amma qərar bugünədək icra olunmayıb.
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, hökumət Avropa Məhkəməsinin çıxardığı qərarları yalnız qismən icra edir. Qərarın təzminat hissəsi tərəflərə ödənilsə də, baş vermiş pozuntuya görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmır. Bəs hökumətin bu siyasətinin davamı ona nə vəd edir? Avropa Şurası Avropa Məhkəməsinin bu qərarlarına etinasız yanaşan Azərbaycanı cəzalandıra bilərmi?
Hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, Avropa Məhkəməsinin çıxardığı qərar təzminatla yanaşı pozuntuya səbəb norma nədirsə, həmin normanın Avropa Konvesiyasına uyğunlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda pozuntuya səbəb olan şəxslər barəsində də tədbir görülməsi məhkəmənin qərarında əks olunur. Məhz bu üç məqamın birgə icrası məhkəmə qərarının tam yerinə yetirilməsi hesab edilir: “Azərbaycan təzminatı versə də, digər iki məqam açıq qalır. Bu, Sərdar Cəlaloğlunun işgəncəyə məruz qalması ilə bağlı qərarda da belə idi. Eyni zamanda qanunsuz həbs olunan Ilqar Məmmədovla, hüquqları pozulan Əli Insanovla bağlı hökm də belədir. Amma bu qərarlar icra olunmadığı halda konkret mexanizm işə düşür. Bu zaman Avropa Şurasının Nazirlər Komitəsi toplanaraq, bununla bağlı məsələni müzakirə edir və qaydaları pozan ölkəyə müəyyən tövsiyələr, vaxt verilir”.
Azərbaycana çatışmazlıqları düzəltmək üçün Avropa Şurasından verilən vaxtın sentyabrın 15-nə qədər olduğunu deyən Ə.Məmmədli vurğuladı ki, amma bu tövsiyələrin heç biri yerinə yetirilmədi. Belə olan halda AŞ-ın Nazirlər Komitəsinin növbəti toplantısında Azərbaycanın məsələsi müzakirə olunacaq: “Əgər Azərbaycan Avropanın standartlarını qəbul etmirsə, öhdəliklər icra olunmursa, o zaman Avropa Şurasına üzvlük məsələsi gündəmə gələ bilər. Azərbaycan bu mərhələlərin hamısını keçib. Rusiya kimi Azərbaycanın da məsələsi müzakirəyə çıxarıla bilər”.
Xəyal





