“ASAN xidmət” 2 gün işləməyəcək

asan-xidmet24-25 sentyabr Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.

Dövlət Agentliyinin Informasiya təminatı şöbəsindən verilən mləumata görə, şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. (Trend)