Misir prezidenti 3 jurnalisti əfv etdi

misir-sisiMisir prezidenti Abdel Fattah al Sisi Əl-Cəzirə televiziyasının 3 əməkdaşını əfv edib. Bunlar kanadalı Məhəmməd Fəhmi, misirli Baxer Məhəmməd və avstraliyalı Piter Qrestedir. Jurnalistlər ötən ay lisenziyasız fəaliyyət göstərmək və ölkənin mənafeyinə ziyan vuran materiallar yaymaq ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdilər. Daha sonra Qreste deportasiya edilmişdi.

Əfv fərmanına ümumilikdə 100 nəfər düşüb.

Bu barədə kanadalı jurnalistin vəkili Khaled Abu Bakr məlumat verib.

Prezident əfv fərmanını BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 70-ci sesiyasına yollanmazdan 1 gün öncə verib.

Jurnalistlər ittihamları rədd edir və məsələnin siyasi motivli olduğunu deyirlər. Jurnalistlərin həbsi beynəlxalq aləm tərəfindən kəskin tənqidlə qarşılanmışdı.