İbrahim Məmmədov AzTV-dən qovuldu

ibrahim-memmedovÖlkə başçısı İlham Əliyev AZTV-nin sədr müavini İbrahim Məmmədovu tutduğu vəzifədən azad edib. Sərəncam bu gün dərc edilib.

Məlumata görə, AZTV-də işdən çıxarılandan sonra İ.Məmmədov “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib.

Faktı “Region TV”nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov lent.az-a təsdiqləyib. Bildirib ki, İ.Məmmədov peşəkar televiziyaçı olduğu üçün televiziya tərəfindən ona sözügedən vəzifə təklif edilib və İ.Məmmədov da təklifi qəbul edib.