Günel Həsənlinin işi üzrə məhkəmə prosesi davam edib

cemilBu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımov sədrliyi ilə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işi üzrə növbəti məhkəmə proses keçirilib.

Vəkillərin tibbi ekpertizanın keçirilməsi barədə verdikləri vəsatətlərə münasibət bildirən hakim,  bu barədə yazılı surətdə vəsatətin təqdim edilməsini istəyib. Vəkil Adil İsmayılov isə vəsatətin hazırlanması üçün vaxt istəyib. Məhkəmə heyəti qısa müşavirədən sonra vəkillərin istəyini təmin edib.

Növbəti proses sentyabrın 28 saat 16:30-a təyin edilib.