Bakıda yanğın olub, xəsarət alan var

baki-bina-yanginBakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında 15 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.