4-cü mobil rabitə operatoru gəlir

mobiltelDelta Telecom şirkəti mobil rabitə xidmətləri göstərməyə hazırlaşır.

“Xeberler.az”ın verdiyi məlumata görə, Delta Telecom telekommunikasiya operatoru ən müasir 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub. Şirkət mobil infrastrukturu uzun müddətdən bəri əməkdaşlıq etdiyi Alcatel-Lucent, Ericson və digər istehsalçı şirkətlərlə birlikdə 2.4 GHZ tezlik diapozonunda quracaq.

Bütün ölkə ərazisini əhatə edən 4G şəbəkənin yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur.

Bütün ölkə ərazisini əhatə edən fiber optik şəbəkəyə malik olan Delta Telecom şirkəti eyni zamanda Telecom-İnvest şirkəti ilə əməkdaşlıq edəcək.