Yeni Müsavat qəzetinin müxbiri Məhəmməd Türkmən və digər əməkdaşları Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində zorakılığa məruz qalıb.
Hadisə yerli sakin Elxan Qaraxanovun evində söküntü işləri zamanı baş verib. “Tornado” şirkətinin mühafizəçiləri jurnalistə hücum çəkib.
Fiziki təzyiqlərdən qurtulmaq üçün qonşu həyətə girməli olduq. Burada belə “qoçular” qapını qırıb, içəri girməyə çalışdılar. Tək məqsədləri, nəyin bahasına olursa-olsun çəkdiyimiz görüntüləri silmək idi ki, onu da bacara bilmədilər,” Məhəmməd Türkmən yazıb.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu peşə fəaliyyətini icra edən zaman reportyorlara qarşı güc tətbiq edənlərin hərəkətlərinə hüquqi qiymət verilməsi xahişi ilə daxili işlər naziri Ramil Usubova müraciət edib.
https://www.youtube.com/watch?v=m6lUky16jT0
(amerikanin sesi)