Murad Ədilovun şikayətinə baxılmadı

murad-edilovDünən Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Murad Ədilovun apellyasiya şikayətinə baxılmalıydı. Lakin məhkəmə iclası təxirə salınıb. Buna səbəb isə hakimlərin məzuniyyətə getməsi olub.

Bu barədə “Turan”a məlumat verən vəkil Yalçın Imanov bildirib ki, məhkəmə iclası oktyabrın 27-nə qədər təxirə salınıb.

Xatırladaq ki, Murad Ədilov AXCP fəalı olmaqla yanaşı, həm də hakimiyyətə qarşı sərt tənqidi yazıları ilə tanınan jurnalist Natiq Güləhmədoğlunun qardaşıdır. Murad ötən ilin avqustunda narkotiklə şərlənərək həbs olunub. Bu ilin mayında isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həbs olunarkən əvvəlcə Sabirabad Rayon Polis Şöbəsində, daha sonra isə Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində işgəncələrə məraz qalan Murac Ədilovun özünə də açıq şəkildə deyilib ki, həbsi qardaşı Natiq Ədilovun siyasi və jurnalist fəaliyyətilə əlaqədardır.