Hesablama Palatası Nəqliyyat Nazirliyinin bütün sahələrini təftiş edəcək; nazirin «vurulacağı» barədə ehtimallar möhkəmlənir
Hesablama Palatası Nəqliyyat Nazirliyinin yoxlanılması haqqında qərar qəbul edib. Bununla bağlı xəbərdarlıq məktubu artıq Nəqliyyat Nazirliyinə göndərilib. Yoxlamanın nazirliyin bütün sahələrini əhatə edəcəyi qeyd olunur(femida.az).
Qeyd edək ki, son günlər Ziya Məmmədovun tutduğu vəzifədən azad ediləcəyi barədə mülahizələr irəli sürülür. Nazirin nəzarətində olan “Transqeyt” şirkətinə məxsus marşrut avtobusları xətdən çıxarılması, taksi fəaliyyəti üçün lisenziyanın verilməsinin ASAN Xidmətə tapşırılması və “Azərbaycan Dəmir Yolları” ASC Nəqliyyat Nazirliyindən ayrılması Ziya Məmmədovun “vurulucağı” barədə ehtimalları bir qədər də möhkəmləndirib.
Nazirin fəaliyyətinin yoxlanılması isə artıq onun üçün həbs təhlükəsi də yaradıb. Ehtimal etmək olar ki, Ziya Məmmədovla bağlı qəti qərar bu yoxlamaların nəticəsilə olaraq verilə bilər.