Dünya miqyasında iqlim dəyişikliyi səbəbindən Türkiyə, İspaniya, İtaliya, Tunis, Suriya və Mərakeş kimi bir çox zeytun yağı istehsalçısı ölkələrində istehsal azalır.
“Marja” xarici mətbuata istinadən xəbər verir ki, istehsalçı ölkələrin iş adamları zeytun ağaclarında məhsuldarlğın azaldığını, buna bağlı olaraq zeytun yağı istehsalının azalacağını, qiymətlərin daha da artmasının qaçılmaz olacağını bildirirlər.
Dünyada zeytun yağı istehlakının 3 milyon tona çatdığını qeyd edən mütəxəssilər, bu tələbatın ödənilməsində böyük çətinlik baş verəcəyini dilə gətirirlər.