İran prezidenti Həsən Ruhani CBS telekanalına ABŞ-İran münasibətlərində danışıb.
Ruhani etiraf edib ki, iki ölkə arasında uzun illər davam edən düşmənçilik və fikir ayrılığı yaxın vaxtda tam aradan qalxmayacaq. Onun sözlərinə görə, əsas hansı istiqamətdə hərəkət etmələridir. “Düşünürəm ki, biz düşmənçiliyi azalması istiqamətində ilk addımları atmışıq”.
Bu İran prezidentinin ABŞ-la nüvə razılaşmasından sonra Qərb mətbuatına verdiyi ilk müsahibədir.
ABŞ-ı “böyük şeytan” sayırsınızmı sualına cavabında Ruhani qeyd edib ki, İranın dini terminologiyasında bu ifadə qeyri-səmimi davranışları ilə tanınan qüvvəyə münasibətdə istifadə edilir. “Keçmişdə ABŞ İrana qarşı böyük səhvlər edib və bunu düzəltməlidir”, – deyə Ruhani bildirib.
Ruhani həmçinin qeyd edib ki, “ABŞ-a ölüm”, “İsrailə ölüm” şüarları amerikalılara qarşı yönəlməyib. “Xalqımız amerikalılara qarşı hörmətlə yanaşır. İran xalqı heç kimlə müharibə axtarmır. Ancaq ABŞ siyasəti İran xalqının maraqlarına qarşı yönəlmişdi. Bəllidir ki, xalq belə ağrılı münasibət göstərəcək”, – deyə o qeyd edib.
azadlıq.info


