Hökumət 4.8 milyard manat borca girir

rovshan_agayevTanınmış iqtisadçı Rövşən Ağayev özünün Facebook səhifəsində Beynəlxalq Bankın sağlamlaşdırılması məqsədi ilə hökumətin daxili borclanmaya getdiyini yazıb. Həmin qeydləri təqdim edirk:

“Hökumət Beynəlxalq Bankın sağlamlaşdırılması məqsədilə 3 milyard daxili borclanmaya gedir. Əlavə olaraq, Dövlət Neft Şirkətinin daxili və xarici layihələrinin dəstəklənməsi üçün 1.8 milyard manat daxili borclanma planlaşdırlır.
Qısa bir dövrdə dövriyyədəki pul kütləsinin az qala 70%-i qədər –  manat daxili borclanmaya ölkənin maliyyə sistemi davam gətirə biləcəkmi?
Maraqlı və müzakirə olunası sualdır. Post-neft dövrünün addım səsləri qulaq deşir…”