ATƏT-in tədbirində siyasi məhbuslara dəstək aksiyası FOTO

atet-aksiya1

Bazar ertəsi Polşanın paytaxtında ATƏT-in insan ölçüsü üzrə (HDIM) 2015 konfransı açılıb. Bu, insan hüquqları və demokratiya məsələlərinə həsr olunan illik böyük konfransdır. Tədbiri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu keçirir.

Bu 57 ATƏT ölkəsi və qurumları, tərəfdaşlar, vətəndaş cəmiyyəti təşkilatları üçün platformadır. Bu platformada insan ölçüsü məsələləri üzrə razılaşmaların həyata keçirilməsi izlənilir, bununla bağlı problemlər müzakirə edilir, təcrübə mübadiləsi aparılır və tövsiyələr irəli sürülür.

Turan-ın müxbiri bildirib ki, iclasın əvvəlində xarici iştirakçılardan ibarət qrup Azərbaycanda həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin fotoları olan maykaları geyinərək Azərbaycan nümayəndə heyətinin qarşısına çıxıb. Bakıdan olan nümayəndə heyəti üzvlərinin əksəriyyəti vətəndaş sektorunun hökumətyönlü fəallarıdır: Azər Həsrət, Əhməd Şahidov, Sahib Məmmədov.

atet-aksiya-3

atet-aksiya-2