Amerika Əsədə şans tanımadı

b_esed-ve-xanimi

Suriya diktatorunun sonu yaxınlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Fələstin lideri Mahmud Abbas Rusiyada bir araya gələcəyi barədə məlumat verilib. Dövlət başçıları Moskvada Avropanın ən böyük məscidinin açılışında iştirak edəcəklər. Açılış mərasimində müsəlman ölkələrin bir çox nümayəndələri də iştirak edəcək.

Moskva Ulu Məscidi Qurban bayramından bir gün əvvəl, yəni sentyabrın 23-də açılacaq. Açılış mərasiminə Rusiya dövlət başçısı Vladimir Putin də qatılacaq.ÿ

Mərasimə qatılacaq dövlət başçıları regionu narahat edən bir sıra problemləri də müzakirə edəcək. Bu sırada Suriya məsələsi xüsusi əhəmiyyət daşıyır.

“Əsəd hakimiyyətdən getməlidir”

Buarada ABŞ dövlət katibi Con Kerri Londonda ingiltərəli həmkarı Filipp Hammondla görüşdə Suriya böhranı və Bəşər Əsədin taleyi ilə bağlı müzakirələr aparıb. Kerri Əsədin hakimiyyətdən getməli olduğunu deyib. Lakin dövlət katibi əlavə edib ki, bu dərhal baş verməməlidir. Onun sözlərinə görə, Əsədin gedişi məsələsini danışıqlar yolu və bütün tərəflərin iştirakı ilə həll etmək lazımdır: “Suriyada münaqişənin bütün tərəfləri toplaşmalı və Suriya prezidentinin ən yaxşı üsulla hakimiyyətdən gedişi yollarını müzakirə etməlidirlər”.

Ekspertlər hazırda Əsədin üzləşdiyi beynəlxalq təzyiqi təsadüfi saymırlar. 2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir. Artıq yüz minlərlə insanın həlak olması haqqında məlumatlara heç kim şübhə etmir. Indiki prezidentin atası Hafiz Əsəd 60-cı illərin ortalarında hakimiyyəti ələ keçirmişdi. H.Əsəd faktiki dünyanın ən qəddar rejimlərindən birini qurmuşdu. On illər boyu bir ailənin qanlı diktaturası altında inləyən, insanlara heç bir seçim imkanı verilməyən bir ölkədə proseslərin qanlı sonluğu heç kimi təəccübləndirmir. Bəşər Əsəd atasının yolunu gedərək zor və qan tökmək yolu ilə hakimiyyətdə qalmağa üstünlük verdi. Bütün bu illər ərzində Bəşər Əsəd beynəlxalq birliyin problemləri dinc yol ilə müxtəlif siyasi qüvvələrin iştirakı şəraitində həll etmək təkliflərini inkar edib. Yüz minlərlə insanın ölümünə bais olan bir şəxsin ölkənin ondan sonrakı həyatında yeni dövlət, cəmiyyət quruculuğu prosesində iştirakı heç bir məntiqə sığmır. Görünür bunu nəzərə alaraq ABŞ Suriyanın gələcək həyatında Əsədi təsəvvür etmir.

ABŞ-ın bir daha Əsəd rejiminin üzərinə getməsi onu deməyə əsas verir ki, Vaşinqton diktator rejimlərinin mövcudluğuna dözmək niyyətində deyil. Bu baxımdan insan haqlarını kobud şəkildə pozan və beynəlxalq aləmin tövsiyyələrinə məhəl qoymayan Azərbaycan hakimiyyəti də uğurlu perspektiv vəd etmir.

Hikmət