Əlil və şəhid ailələri seçkini boykot edir

seckiTəyin olunan deputatlarını indiyə qədər tanımadıqlarına görə

Nərimanov rayonu, Ə.Rəcəbli-46 ünvanında hələ tikilməmişdən zəbt olunan “Əlillər evi”nin sakinləri deputat təyinatını (oxuma seçkiləri) boykot etmək fikrindədirlər. Hədən də bu beş ildə deputatlarını nəinki görməmələri, hətta tanımamalarıdır. Evlərini zəbt edənlərin kimliyi kimi, deputatlarının da kimliyi bildirilmir.

Ümumiyyətlə, burada formal da olsa, seçki indidiyədək keçirilməyib. ƏLIL, ŞƏHID AILƏSINI SAYA SALAN KIMDIR?! Qarabağ əlilləri və şəhidlərinə qarşı ayrı-seçkilik bütün sahələrdə özünü açıq-aydın göstərir. Fikir verin, “əlillər evi”nin adi pantüsü belə yoxdur, televiziya ötürücüsü, kanalizasiya, qaz, su, lift, uşaq və istirahət meydançası, yaşıllığı, həyəti və s. adi sosial infrastrukturu “yaddan çıxıb”. Evin yanındakı dayanacaq köşkünü 3 ildir oranı zəbt edən məmur kommersantlar oğurlayıb, uşaqlarına “yellənçək” ediblər. Indi də yeganə avtobus marşrutunu (155 saylı) “Avropa oyunları” bəhanəsilə aradan götürüblər. Deyilənə görə, marşrutun bərpasına 25 min dollar rüşvət tələb olunur. Nə puldur, milyonlar tələb olunan yerdə. Uşaqların, əlillərin şosse yolu ilə gedib-gəlmələri heç bir “dövlət”(burada dırnaq işarəsi qaçılmazdır) qurumunu ilgiləndirmir. Kimə üz tutursan, ona aidiyyəti olmadığını bildirir. Nəqliyyat Nazirliyi, “Azəravtoyolservis” BŞIH-i nişan verir, BŞIH də susur. Dövlət Arxitektura Komitəsi isə, ümumiyyətlə, ona aid olmadığını yazmaqla işini bitmiş sayır. Adı əlillərin və şəhid ailələrinin olsa da, dörd yandan hasarlanan, daha çox qapalı komendaturanı andıran bu evdə havasızlıqdan uşaqlar ana bətnindəcə dünyaya göz açmadan ölür. Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi (AQUPDK) isə Ombudsmana üz tutmağı məsləhət bilir. Ombudsman isə AQUPDK kimi elektron müraciəti anonim sayaraq cavab vermir. “Əlillər evi”nə gedən yolda nə piyada yolu var, nə də keçidi. “Şəki” restoranının yanıdan yolun digər hissəsinə keçməyə keçid tikməyi təklif edən əlillərə, qarşı tərəfi zəncirləməklə cavab veriblər. Bu evin 150 metrliyində Ə.Rəcəbli küçəsində 20 saylı Mənzil Istismar Sahəsi (MIS) olduğu halda, əlilləri köhnə “Kosmos” mağazasının yanındakı 30 saylı MIS-ə “təhkim etməyin”, poliklinikanı “Montin” bazarına salmağın “dövlət”in “qayğı və diqqətindən” qaynaqlanması gizlin olmaz yəqin. Neyləsinlər, ev zəbt olunub, orada nə əlillərə qaraj tikməyə, nə digər sosial obyektlərə yer qalmayıb. Heç əlillər seçki məntəqələrini də tanımırlar. Niyə səs versinlər? Kimə səs versinlər? Heç prezident seçkilərində də onları sayan olmayıb. Boykotdan başqa nəyə gücləri çatır zavallı əlillərin?

Prezidenti qınamaq da olar, qınamamaq da. Qınamaq olmur ki, prezident xarici səfərdə olanda bu evin gizlin açılışı olub. Qınamaq olar ki, 7-ci ildir aldadılmasından, işğal faktından bilgilidir. Yəqin boykotdan da soraq tutar…

Məğrur Bədəlsoy