İran: Neft 40-45 dollara düşəcək

neftİranın Neft Nazirliyi 2016-cı ildə neftin barelinin qiymətinin 40-45 dollara düşəcəyini təxmin edir.

“Marja” xəbər verir ki, İran, xarici sərmayədarları neft sektoruna cəlb etmək üçün  yeni addımlar da atacaq. Ölkənin Neft Nazirliyi bəyan edib ki, yeni neft yataqları investorlara açıq olacaqdır.

Verilən məlumata görə, İran investorları cəlb etmək üçün yeni neft sahələrinin işlədilməsi üzrə təkliflərini Noyabr ayının ilk yarısında elan edəcək. Londonda keçiriləcək bir konfrans ilə bu barədə investorlara ətraflı məlumat veriləcəkdir.