Göygöl rayonunda məktəbdə baş verən hadisə nəticəsində xəsarət alan məktəbli dünyasını dəyişib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, 14 yaşlı məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.
Xatırladaq ki, hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Göygöldə üstünə boru aşan şagird ölüb
•