Avroliqa: “Qəbələ” bərabərə qaldı, “Qarabağ” uduzdu

avroliqaBu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib. Ölkəmizi turnirdə təmsil edən “Qəbələ” və “Qarabağ” ilk oyunlarına çıxıblar.

“Qəbələ” Bakıda Yunanıstanın PAOK klubunu qəbul edib. “Pley-off”da “Panatinaikos”u mübarizədən kənarlaşdıran təmsilçimiz PAOK-a da gücünü göstərməyə çalışıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Ağdam təmsilçisi isə səfərdə İngiltərənin köklü klublarından olan “Tottenhem”lə qarşılaşıb. Rəqib həm cütün, həm də qrupun favoriti hesab olunurdu. Bununla belə Qurban Qurbanovun rəhbərlik etdiyi komandamızdan uğurlu nəticə gözləyənlər də az deyildi.

Oyun komandamız üçün yaxşı başlayıb. Yeddinci dəqiqədə “Qarabağ” Almeydanın penaltidən vurduğu qolla hesabda önə keçib. Lakin daha sonra 3 qol vuran London təmsilçisi görüşdən 3 xalla ayrılıb.