Rusiyanın xarici borcu 500 milyard dollara çatacaq

rusiyaRusiyanın xarici borcu bu il oktyabrın 1-də 500 milyard dollara çatacaq. Bu proqnozu ölkənin maliyyə nazirinin müavini Maksim Oreşkin deyib:

“Ötən ilin 2-ci yarısından başlayaraq Rusiya xarici borcunu sürətlə azaltmağa başlayıb. Əgər bundan əvvəl Rusiya Mərkəzi Bankı xarici borcu 720 milyard dollar, iyulun 1-i üçün 550 milyard dollar qiymətləndirirdisə, hazırda bu rəqəm 500 milyarda yaxınlaşıb”.

Makim Oreşkin ölkənin valyuta ehtiyatlarının qorunması məqsədilə gələcəkdə təqaüd yaşının artırılmasına da baxıla biləcəyini deyib. (Modern.az)