Putin hər il qondarma dövlətlərə 5 milyard xərcləyir

putinABŞ-ın “Stratfor” Qlobal Analitik Şirkəti üzə çıxarıb ki, Rusiya qondarma respublikalara hər il 5 milyard dollar pul xərcləyir. Təkcə Donbassa il ərzində ayrılan vəsait 2,4 milyard dollardır: “Rusiya “kolleksiyasına” daxil olan kiçik dövəltlərə qarşı həmişə səxavətli davranır.

Sovet imperiyasının süqutundan sonra Rusiyanın bu cür dövlətləri – məsələn, Cənubi Osetiyanı, Abxaziyanı, Dnestryanı Moldova Respublikasını dəstəkləməkdən başqa çarəsi qalmayıb. Maliyyə ilə birlikdə bu ölkələrdə rus əsgərlərinin də sayı artmağa başlayıb”.

“Stratfor”un hesablamalarına görə, Rusiya hər il Abxaziyaya 300, Cənubi Osetiyaya 100 milyon dollar ayırır. Krıma ayrılan illik məbləğin isə 2,4 milyard olduğu bildirilir.

Bundan əvvəl “Bloomberg” də məlumat yaymışdı ki, Rusiya pensiyaların ödənişi üçün hər ay Donbassa 37 milyon dollar göndərir.

Gültəkin