“Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar. Bizə Allah peyğəmbərlər göndərib. Həzrəti Isa, Həzrəti Musa, Həzrəti Məhəmməd və onlarla birlikdə kitablar göndərilib.
Bütün dinlər hazırda baş verənləri tənqid edir. Maraqlıdır, peyğəmbərlərdən hansısa bu gün sağ olsaydı, dünyanın hansı ölkəsində yaşamaq istərdi?! Mən belə düşünürəm ki, Azərbaycanda yaşamaq istəyərdilər”. Bu sözləri
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini və Milli Tolerantlıq – Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı forumda çıxış zamanı deyib. Mübariz Qurbanlının bu fikirləri günün lətifəsinə çevrilib. Sosial şəbəkə istifadəçiləri komitə sədrinin bu fikirlərinə ironik reaksiyalar veriblər.
Qeyd edək ki, bundan əvvəl deputat Yevda Abramovanın və vitse-spiker Ziyafət Əsgərovun fikirləri lətifəyə çevrilmişdi. Yevda Abramova Avropa Parlamentinin qətnaməsini tənqid edərkən Avropa strukturlarının ölkə başçısı Ilham Əliyevin oğlu Heydər Əliyevdən qorxur. Ziyafət Əsgərov isə Avropanın Ilham Əliyevə paxıllıq etdiyini bildirmişdi.



