Meydan TV-nin əməkdaşı Şirin Abbasova 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə jurnalistin anasına Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bildiriblər. Şirin Abbasov polisə müqavimətdə ittiham olunub.
***
Sentyabrın 16-da yoxa çıxan Meydan TV-nin əməkdaşı Şirin Abbasov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri üzrə mübarizə şöbəsində saxlanılır.
Bu barədə Azadlıq Radiosuna vəkil Elçin Sadıqov məlumat verib.



