DİN-in işçisi hərbi hissədə öldü

fehleDaxili İşlər Nazirliyinin işçisi sərhəd qoşunlarının hərbi hissəsində aldığı xəsarətdən vəfat edib. Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı, 1974-cü il təvəllüdlü Vəfa Əliyeva məlumat verib. O bildirib ki, əri, 1972-ci il təvəllüdlü Rauf Əliyev Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal idarəsində fəhlə işləyirmiş.

R.Əliyev Novxanı qəsəbəsində yerləşən sərhəd qoşunlarının hərbi hissəsində işləyərkən yıxılıb. Qapalı kəllə-beyin travması və baş beyin sirkələnməsi ilə xəstəxanaya yerləşdirilib. DİN-in fəhləsi yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. (Qafqazinfo)