ABŞ-da konqresmenlərin Bakı səfərilə bağlı qalmaqal davam edir

KonqresKonqres üzvləri 10 nəfər konqresmenin 2013-cü ildə Azərbaycana səfərilə bağlı araşdırmanın nəticələrini açıqlamayan Etika Komitəsinə təzyiqləri artırıb

ABŞ konqresmenlərinin Azərbaycan hökumətinin maliyyəsilə Bakıda konfransda iştirakından təxminən iki il vaxt keçir. Amma bu məsələyə görə hələ də konqresmenlər sorğu-suala tutulur. Bir müddət əvvəl Konqresin Nümayəndələr Palatasının Etika Komitəsində bu iş üzrə araşdırma qrupu yaradılmışdı. Komitə araşdırmanın nəticələrini açıqlamasa da, məlumat yaymışdı ki, konqresmenlərin Azərbaycan hökumətilə gizli əlaqələrinə dair şübhələr özünü doğrultmayıb. Indi konqresmenlərlə yanaşı, Etika Komitəsi də araşdırmaların nəticəsini gizli saxladığına görə tənqidlərə məruz qalıb.

Konqresin fəaliyyətini işıqlandıran “roll sall” saytı bu məsələ ilə əlaqədar yeni material yayımlayıb. Məqalədə bildirilir ki, ABŞ Konqresinin üzvləri yay tətilindən qayıdan kimi 10 nəfər konqresmenin 2013-cü ildə Azərbaycana səfərilə bağlı araşdırmaların nəticələrini açıqlamayan Etika Komitəsinə təzyiqləri artırıb.

“Burada ən çox narahatlıq doğuran məqam Komitənin bu məsələ ilə bağlı davranışıdır”, – deyə Etika Komitəsinin hüquqşünası olmuş Leo Vays bildirib.

Vaxtilə Etika Komitəsinin işçi heyətinə rəhbərlik etmiş Vays ehtimal edir ki, araşdırmaların nəticələri xarici səfərin maliyyələşdirilməsi ən qanqaraldıcı məsələ olmaqla,  komitənin də çox böyük uğursuzluğudur.

Iyulun 31-də Etika Komitənin sədri Çarli Dent, Kaliforniyadan olan üzvü Linda Sançes Azərbaycan hökuməti, konkret olaraq, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən gizli şəkildə səfər xərcləri ödənilmiş, hədiyyələr verilmiş konqresmentlərə qarşı ittihamlar üzrə araşdırmanı dayandırdı və konqresmenləri təmizə çıxartdılar. Onlar Azərbaycana səfərin bu ölkənin hökuməti tərəfindən maliyyələşdirilməsinə dair ittihamların sübuta yetirilmədiyi qənaətinə gələrək, materialları Ədliyyə Nazirliyinə göndəriblər.

Tənqidçilər Etika Komitəsinin gəldiyi nəticəyə, bu məsələdəki qaranlıqlara tam işıq saldığına şübhə ilə yanaşırlar. Bu barədə ilk olaraq, “USA Today” məlumat vermişdi ki, maliyyəsi sponsor tərəfindən ödənilməklə 30 günə qədər səfərə getməsi üçün mütləq Etika Komitəsinin yazılı icazəsi olmalıdır.

Komitə bu qayda və tələblərin yerinə yetirilməsinə lazımi səviyyədə nəzarət etməyib.

“Bu səfər razılaşdırılmadığı halda, niyə Etika Komitəsi onun razılaşdırıldığını iddia edir? Ona təzyiq olubmu?”, – deyə “Demand Progress” təşkilatının direktoru Daniel Şuman soruşur.

28 səhifəlik hesabatda Komitə iddia edir ki, konqresmenlərin Bakıda keçirilən “ABŞ-Azərbaycan: gələcək perspektivlər” adlı konfransda iştirakını bəyənib. Eyni zamanda, iki qeyri-hökumət təşkilatına rəhbərlik edən Kamal Öksüz Azərbaycan Dövlət Neft Şirkətilə birlikdə neft şirkətilə birlikdə gizli şəkildə səfər xərclərinin həllinin koordinasiyası ilə məşğul olub.

Komitənin yaydığı hesabatda isə bildirilir ki, konqresmenlərin səfərini maliyyələşdirən mənbələrlə bağlı şübhələrə əsas verən heç bir dəlil aşkarlanmayıb.

Öksüz bu məsələ ilə əlaqədar ifadə verməkdən, həmçinin müvafiq sənədləri məhkəməyə təqdim etməkdən imtina edib.

“Public Cisizen” təşkilatından Kreyq Holman deyir ki, 6 Demokrat və 3 Respublikaçının açı keçən bu işi Etika Komitəsinin ört-basdır eləmək cəhdinə görə narahatdır.

Holman qeyd edir ki, Etika Komitəsinin araşdırmaların nəticələrini elan etməməsi Nümayəndələr Palatasının qaydalarının pozulmasıdır.

İnformasiya şöbəsi