Xanım jurnalistləri “bandotdel”ə apardılar

mey

Meydan TV” ilə əməkdaşlıq edən iki xanım jurnalist Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (“bandotdel”) aparılıb. Onlar bir neçə saatdan sonra sərbəst buraxılıblar.

Azadlıq” radiosunun məlumatına görə, onlara “Meydan TV”nin fəaliyyətilə bağlı suallar verilib. Televiziyanın rəhbərliyi, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması barədə soruşublar.

Baş verənlər haqda “Meydan TV”nin yaydığı məlumatda bildirilir ki, saxlanılan jurnalistlərdən biri – Aytac Əhmədova mağazaya gedərkən, maşına mindirilib və “bandotdel”ə aparılıb.

Bundan əvvvəl də “Meydan TV”nin əməkdaşları Baş Prokurorluqda dindiriliblər. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ÿmətbuata açıqlamasında bildirib ki, “Meydan TV”yə qarşı hər hansı cinayət işi açılmayıb. Jurnalistlər isə Mingəçevir hadisələrinə görə dindirilirlər.

Meydan TV”nin direktoruÿ Emin Milli bildirib ki, rəhbərlik etdiyi media orqanı repressiyalara baxmayaraq, öz işini görməkdə davam edəcək.