Büdcə dollarla 11 milyard azalıb

iqtisadi-felaketİqtidarın büdcənin çox görünməsi ilə bağlı «tryuku» baş tutmadı

2016-cı ildə Azərbaycanda dolların manata nəzərən məzənnəsi açıqlanıb. Maliyyə Nazirliyinin 2016-cü ilin büdcəsi ilə bağlı hesabatına əsasən, gələn il xarici valyutada ifadə olunan büdcə daxil olmalarının və xərclərinin hesablamaları üçün manatın ABŞ dollarına nəzərən məzənnəsi 1,05 manat nəzərdə tutulub. Eləcə də, 2016-cı ilin dövlət büdcəsinin göstəricilərinə görə, gələn il üçün büdcənin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təşkil edəcək. Büdcədə neftin baza qiyməti 50 dollar götürülüb.

Gələn il üçün dövlət büdcəsinin proqnoz gəlirləri 2015-ci illə müqayisədəÿ4 milyard 872 milyon manat vəÿya 25,1 faiz azalıb.

Layihədən o da aydın olub ki, 2016-cı il dövlət büdcəsi 1,698 milyard manatlıq kəsirləÿicra olunacaq. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili vəÿxarici borclanmadan daxilolmalar, xarici qrantlar vəÿ2016-cı ilin 1 yanvar tarixinəÿdövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Görəsən, dolların gələn ilin büdcəsindəki kursunu hazırkı kursla hesablamaq nə qədər doğrudur? Bu, güman ki, büdcəni olduğu kimi icra etməyə imkan verməyəcək. Eləcə də, neftin qiymətinin 50 dollardan hesablanması hansı zərurətdən doğur?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, dolların məzənnəsinin hazırkı kursla götürülməsi dövlətin pul-kredit siyasətinin stabil qalacağını göstərmək üçün edilib. Yəni bu siyasət stabil olacağı üçün dolların kursu da hazırkı məzənnə ilə hesablanıb: “Manatı Rusiya və Qazaxıstandakı kimi buraxsaydılar, onun real qiyməti başqa cür olardı. Rəsmi açıqlamadan görünür ki, gələn il manatın dəyərdən düşməsi, növbəti devalvasiya baş verməyəcək. Yəni açıq-aydın qeyd edirlər ki, manat sabit qalacaq”.

Ekspert büdcənin gəlirlər hissəsində qeyri-neft sektorunun payının 30-32 faizdən indi 48 faizə çatdırıldığını, qeyri neft sektorunun büdcədə payının tədricən artmağa doğru göstərildiyini bildirir. Neftin qiymətinə təsir etmək   üçün dövlətin heç bir subyektiv və obyektiv səbəblərinin olmadığını deyən həmsöhbətimiz, ölkəmizin dünya bazarındakı xüsusi çəkisinin heç yarım faizə də çatmadığını deyir: “Bizim dünyada gedən proseslərə təsirimiz yoxdur. Balaca ölkə kimi buna təsir də edə bilmərik. Neftin qiyməti neçə olsa, onu da qəbul edəcəyik. Neftin qiyməti 70-80 dollara da çıxa bilər. 2008-ci ildə neftin qiyməti 37 dollara, 1998-ci ildə isə hətta 10-15 dollara düşmüşdü. Yəni gələn ilin büdcəsində neftin qiymətinin 50 dollardan hesablanması   bizdən asılı olan məsələ deyil”.

Bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycanda dolların kursu aşağı olanda ölkə başçısı və hökumət nümayəndələri dövlət büdcəsini dollarla ifadə edirdilər. Məsələn, ötən ilin dövlət büdcəsi 20 milyard manat idisə, bu dollarla ifadədə 25 milyard dollar edirdi. Hökumət də büdcənin çox olduğunu nümayiş etdirmək üçün bu “tryuk”dan istifadə edirdi. Lakin indi dollar manatdan bahadır. Hətta nəzəri cəhətdən hesab edək ki, dollarla manatın kursu bərabərdir. O zaman 2016-cı ilin dövlət büdcəsi 14 milyard 566 milyon dollar edir. Hökumət nümayəndələri bunu dilinə gətirmir. Çünki bu halda deyiləcək ki, 2015-ci illə müqayisədə büdcənin 11 milyard dollar azaldılıb. Hökumətə azalmanı aşağı göstərmək lazımdır. Ona görə də manatla ifadəyə üstünlük verilib. Manatla ifadədə 2016-cı ilin büdcəsi 2015-ci illə müqayisədə təxminən 5 milyard azaldılıb.