“Facebook”un qurucusu Mark Zukerberq istifadəçilərlə növbəti ünsiyyət sessiyasında sosial şəbəkədə “dislike” düyməsinin olacağını vəd edib.
Bu barədə “The Verge” yazıb.
Uzun illər ərzində M. Zukerberq “Facebook”a belə bir funksiyanın əlavə edilməsindən imtina edib. O, ehtiyat edirdi ki, istifadəçilər bununla bir-birinə hörmətsizlik göstərə bilər.
Lakin “Facebook” rəhbəri indi hesab edir ki, “dislike” düyməsi yaradılandan sonra istifadəçilər bununla öz təəssüf və üzüntü hisslərini ifadə edə biləcəklər.
Yeni funksiya tez bir zamanda test rejimində istifadəyə veriləcək. (lent.az)