«AZADLIQ»ın RƏSƏDXANASI

QOÇ

Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Bu xoş əlaqə işgüzarlıq baxımından da əhəmiyyət kəsb edəcək. Bir sözlə, gün darıxdırıcı olmayacaq.

BUĞA

Yaxınlarla dil tapmaq çətin olacaq. Diqqətinizi işinizə yönəldin. Bu gün yalnız xırda problemləri həll etmək olar. Dedi-qodulara əhəmiyyət verməyin.

ƏKIZLƏR

Ehtiyatlı olun. Gün çətinlikdən xəbər verir. Bu gün buraxdığınız xırda səhvlərin acı nəticəsi ola bilər. Maliyyə məsələlərində ehtiyatlı olun.

XƏƏNG

Əgər işgüzar və şəxsi məsələləri bir-birinə qatmasanız, gün uğurlu olacaq. Maddi durumunuz yaxşı olmayacaq. Itki, uğursuz alış-veriş gözlənilir. Bu üzdən üzərinizdə böyük miqdarda pul götürməyin. Sevgidə isə bəxtiniz gətirəcək.

ŞIR

Çətin gündür. Bu gün izdihamlı yerlərdə olmayın. Reputasiyanızı qoruyun, çünki düşmənləriniz sizə zərbə vurmağa hazırlaşır. Yaxın ətrafla ünsiyyət əhvalınızı qaldıracaq. Yaşlı qohumlara qarşı diqqətli olun.

QIZ

Yaradıcı potensialınız yüksək olacaq. Maliyyə və hüquqi məsələlərin həlli üçün münasib gündür. Yeni tanışlıq gözlənilir. Uzaqdan gələn adamla görüş sizin həyatınızı kökündən dəyişəcək.

TƏRƏZI

Gündəlik, hətta əhəmiyyətsiz görünən məsələlərin həllinə də ciddi və məsuliyyətlə yanaşın. Bu gün yaxınlarla vacib məsələləri müzakirə etməyin. Çünki mübahisə edəcəyiniz gözlənilir.

ƏQRƏB

Ünsiyyətdə olarkən fikrinizi aydın ifadə edin. Artıq problemlər yaratmayın. Yaxınlarınızla maraqlanın. Başınız öz işlərinizə qarışmasın. Mehriban olun ki, ailədə sakitçilik hökm sürsün.

OXATAN

Çətin günlər yaşayırsınız. Əlinizi hara uzadırsınızsa, boşa çıxır. Bu vəziyyət əsəb gərginliyi gətirəcək. Yaxşı olar ki, təmkinli olasınız. Hadisələrin inkişafını öz axarına buraxın.

OĞLAQ

Yaxın günlərdə əzizləriniz sizi xoş sürprizlə sevindirəcək. Eyni zamanda çoxdan arzuladığınız istəyə çatmağa az qalıb. Bu arzunuzun reallaşması yaxınlarınızı da çox sevindirəcək.

DOLÇA

Işgüzar danışıqlar üçün məhsuldar gündür. Bürcün ailəli nümayəndələri övladlarına qarşı diqqət göstərməlidirlər. Ailə üzvləri ilə birlikdə gəzintiyə çıxmaq yerinə düşər.

BALIQLAR

Səhhətinizə fikir verin. Adi soyuqdəymə kimi baxdığınız xəstəliklər ağır nəticə verə bilər. Həkim müayinəsinə ehtiyacınız var. Təmiz havada gəzintiyə çıxarkən isti geyinməyi unutmayın.