Avstraliya hökuməti İslam Dövləti qruplaşmasının hədəflərinə qarşı Suriya daxilində ilk hava zərbələrinə başladığını təsdiqləyib.
Avstraliya İslam Dövləti qruplaşmasının Suriya və İraqda yerləşən düşərgələrini hədəfə alan beynəlxalq hərbi koalisiyanın tərkib hissəsidir.
Bazar ertəsi endirilmiş üç hava zərbəsi nəticəsində İD qruplaşmasının zirehli personalınının daşıyıcısı və xam neft yığımı məntəqəsi dağıdılıb, ABŞ-ın yaydığı məlumatda deyilir.
Avstraliya hərbi hava qüvvələri yaxın 12 ay ərzində İraqdakı İD hədəflərinə zərbələr endirib.
Avstraliyanın sabiq Baş Naziri Tony Abbott ötən həftə təsdiqləyib ki, Kral Avstraliya Hərbi Hava Qüvvələri ABŞ-ın xahişi ilə öz fəaliyyətini İraqdan Suriyaya doğru genişləndirib. O, həmçinin bildirib ki, Avstraliya 12 min təqib edilən suriyalı qaçqını qəbul edəcək.
ABŞ Mərkəzi Komandanlığının yaydığı bəyanata görə, son bomba zərbələrində Avstraliyadan başqa Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Fransa kimi ölkələr də iştirak edib.
Avstraliya İŞİD-i vurdu
•