Mili Şura Türk Şəhidliyini ziyarət etdi FOTO VİDEO

tedMilli Şura sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad olunmasının 97-ci ildönümü münasibətilə türk əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib. Milli Şura üzvüləri abidənin önünə tər gül dəstələri düzüb və şəhidlərin ruhuna dualar oxuyub.

Bundan sonra Milli Şuranın sədri Cəmil Həsənli və Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli abidənin önündə qısa nitq söyləyiblər.

Milli Şuranın sədri Cəmil Həsənli bu günün millətimizin və dövlətimizin tarixində önəmli gün olduğunu bildirdi:

“Azərbaycanın həm iqtisadi, həm siyasi həm də mədəni mərkəzi olan Bakının azad olunması uğrunda həyatını qurban vermiş türk əsgərlərinin məzarlığı başındayıq. Mən Milli Şura sədri olmaqdan əlavə, bir tarixçi olaraq demək istəyirəm ki, Bakı şəhərinin Azərbaycanın paytaxtı, Azərbaycanın bir şəhəri olub-olmaması, burada müsəlmanların, türklərin yaşayıb-yaşamamasını həmin dövrdə zaman çox sərt qoymuşdu. Hadisələr bir qədər fəqrli inkişaf etsəydi, bu şəhəri itirmək qorxumuz var idi. Xüsusilə, böyük güclər hər zaman danışıqlarda şərt olaraq irəli sürürdülər ki, Bakı istisna olmaqla, bütün əraziləri Azərbaycan dövlətinin ərazisi kimi tanımağa hazırıq. Lakin qəhrəman Türk ordusunun, qəhrəman Azərbaycan ordusunun apardığı döyüş əməliyyatı nəticəsində bu şəhər azad olundu”.

AXCP sədri Əli Kərimli də 15 sentyabrın Azərbaycan tarixində son dərəcə əlamətdar bir gün olduğunu vurğuladı və çox yaxın zamanda Bakının erməni-bolşevik işğalından azad edilməsi gününün Azərbaycanın milli bayramları sırasına daxil olacağını bildirdi:

“Bakının işğaldan azad olunması, şəxsən mənim aləmimdə Azərbaycan Xalq Cumhuriyyətinin elan olunmasından sonra Azərbaycan tarixinin ən əlamətdar hadisəsidir. Bir anlıq düşünün ki, həmin təlatümlü illərdə bu mümkün olmasaydı, o zaman Azərbaycanın durumu nə olardı, indiki Azərbaycan mövcud olardımı? Amma həmin təlatümlü illərdə cızılmış sərhədlər, sonradan bir çox millətlərin taleyini müəyyənlşdirdi. Nə yaxşı ki, o zaman Türkiyədən gələn qardaşlarımızın köməkliyi, Azərbaycan könüllülərinin yaxından iştirakı ilə biz Bakını işğaldan azad edə bilmişik. Bakının işğaldan azad edilməsi, Azərbaycan-Türkiyə qardaşlığının bir başa rəmzidir. Mən hər il bura gələndə bunu vurğulayıram. Bu abidə, təkcə buarda Bakı uğrunda canını vermiş türk şəhidləri üçün ucaldılmış abidə deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığına qoyulmuş abidədir. Bu abidə, bizim nə qədər yaxın olduğumuzun əyani sübutudur”.

cemil

 

1