FIFA-da yeni həbs dalğası başlayır

fifa-logoABŞ Baş Prokurorluğu FIFA-da yeni həbslərin olacağı ilə bağlı xəbərdarlıq edib. Baş prokuror Loretta Linç Sürixdə keçirdiyi mətbuat konfransında bildirib ki, məlum korrupsiya qalmaqalı ilə bağlı ikinci həbs dalğası başlayacaq: “Iş üzrə təhqiqat bu ilin mayından başlayaraq xeyli genişlənib. Bu səbəbdən hüquqi və fiziki şəxslərə yeni ittihamların ünvanlanmasını gözləmək lazımdır”.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 24 il ərzində FIFA rəsmiləri 150 milyon dollar rüşvət alıblar. Iş üzrə 14 həm keçmiş, həm hazırkı futbol məmuruna qarşı ittiham irəli sürülüb.

Gültəkin