Banqladeşli fəhlələr Azərbaycandan qovuldu

banqladeshliDövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxsləri saxlayıblar.

DSX-nın yaydığı məlumata görə, bu il sentyabrın 7-də həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 111 nömrəli Almatı-Bakı aviareysi ilə ölkəmizə gələn Tacikstan vətəndaşı 1968-ci il təvəllüdlü Qaziyeva Zamirə pasportunda Azərbaycan Respublikasına gəlib-getməsi barədə saxta möhürlər olduğuna görə, 10 sentyabr, 2015-ci il tarixdə 079 nömrəli Bakı-İstanbul aviarey­sin­də saxta Şengen vizası ilə Şri-Lanka vətəndaşları – 1983-cü il təvəllüdlü Sanmuqarasa Sathess və 1987-ci il təvəllüdlü Sinna Thamby Theivent­hiram Poovinthan, 334 nömrəli İstanbul-Bakı aviarey­si ilə saxta viza ilə Azərbaycan Respublikasına gələn Banqladeş vətəndaşları – 1983-cü il təvəllüdlü Rana MD Masud, 1985-ci il təvəllüdlü Alim Muhammad Abdul, 1987-ci il təvəllüdlü Rana MD Sahel və 1988-ci il təvəllüdlü Pramanik Abu Sayed saxlanılıb.
Saxlanılmış şəxslər deportasiya ediliblər.