2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi, rüsum və maliyyə sanksiyası kimi 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 279,6 mln manat və ya 5,8% azdır.
Vergi yığımı azalsa da, Vergilər Nazirliyinin məlumatında deyilir ki, proqnoza 101,4% əməl edilib.
Bu ilin 8 ayında vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb. Ötən ilin eyni dövründə bu göstərici 1388 subyekt çox idi. (contact.az)