Sentyabrın 14-də Milli Şuranın sədri Cəmil Həsənlinin qızı ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə məhkəmə prosesi davam etdirilib. Keçən məhkəmə iclasında vəkillərin məhkəmə tibbi ekspertin dindirilməsi vəsatətinə münasibət bildirmək üçün prokuror vaxt istəmişdi.
Üç günlük fasilədən sonra prokror vəsatətin təmin edilməməsini hakimlərdən xahiş etdi. Vəkil Adil İsmayılov hakimlərin və prokurorun nəzərinə bir daha çatdırdı ki, iş materiallarında ekspert Əfəndiyevin rəyində rentgen müayinəsinin cavabına əsasən Ədilə Səlimovanın dizində hər hansı siniğın olmaması, yalnız hemogen zədə barədə qeyd olunub. İşə baxdıqda isə deyilən rentgen materiallarına rast gəlinmir. Ədilə Səlimova isə bildirir ki, 0, 2007-ci ildə həmin ayağından sınıq zədəsi alıb və bundan sonra hərəkət qabiliyyətində məhdudiyyət yaranıb. Biz də, buna görə tələb edirik ki, həmin ekspert gəlib burda aydınlaşdırsın görək rentgen harda keçirilib, onun cavabı hardadır. Ədilə Səlimova isə hadisədən sonra rentgen müayinəsindən keçirilmədiyini bildirir.
Hakimlər müşavirə edərək vəsatətin təmin edilməməsi barədə qərar qəbul etdilər.
Vəkil Adil İsmayılov çıxış üçün vaxt istədi. Məhkəmə prosesi sentyabrın 23-də, saat 15:30-da davam etdiriləcək.