Dövlət Neft Şirkəti 1,8 milyard borca girib

ARDNŞ maliyyə ödənişlərini vaxtında edə bilmir

Xəbər verildiyi kimi, hökumət Dövlət Neft Şirkətinin (SOCAR) Mərkəzi Bankdan kredit alması üçün qərar verib. Bu istiqamətdə işlərin davam etdirildiyini deyən ARDNŞ prezidenti Rövnəq Abdullayev kreditin 1,2 mlrd. manatının “Azərkimya” Istehsalat Birliyi və Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsinə sərf ediləcəyini bildirib. Həmin vəsaitin 600 mln. manatının isə 3 il müddətinə şirkətin qazma proqramları üçün cəlb ediləcəyi qeyd olunur.

R.Abdullayev deyib ki, bu ilin sonuna qədər Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşməsi və “Azneftyağ” zavodunda olan yeni bitum qurğusunun tikintisi həyata keçirilməlidir. O, həmçinin 2018-ci ilin sonunadək zavodların modernləşməsi işini başa çatdırıb, “Avro-5″ standartı ilə yeni keyfiyyətli benzin və dizel istehsal ediləcəyini söyləyib. SOCAR prezidenti bununla da 2030-cu ilin ortalarına qədər benzin və dizelə olan tələbatın bu zavodda həyata keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, ”Azneftyağ” zavodu söküləcək və ərazisi Bakı bulvarına qatılacaq.

R.Abdullayevÿyeni bitum qurğusundan danışaraq bildirib ki, o, tikilənə qədər mövcud qurğu işləyəcək və ölkədəÿbitum qıtlığı yaranmayacaq.ÿOnun sözlərinə görə, yeni qurğunun tikintisi ÿ2017-ci ildə başa çatacaq və bundan ÿsonra hazırkı qurğunun istismarı ÿdayandırılacaq.

ARDNŞ-in 1,8 milyardlıq borca girməsini şərh edən ekspertlər deyir ki, bu qurumun daxili şirkətlərlə münasibətlərinin tənzimlənməsində xeyli ciddi problemlər var. Söhbət yerli partnyorlardan gedir. Bu qədər ciddi borcun yaranması da maliyyə vəsaitlərinə bağlı olan məsələdir. Şirkətin xeyli maliyyə ödənişlərini vaxtında yerinə yetirməməsi bu qədər borcun yaranmasına səbəb olub. Yəni SOCAR-ın indiyədək aldığı maliyyə ödənişləri vaxtında qaytarılmadığı üçün şirkət vaxtaşırı borc almağa məcbur olur.

Sosial şöbə