Dünyanın ikinci böyük iqtisadiyyatının zəiflədiyinə işarələr artır

ÇinBazar günü açıqlanan rəsmi məlumata görə, Çinin sənaye istehsalı gözləniləndən daha aşağı sürətlə artıb və dünyanın ən böyük ikinci iqtisadiyyatındakı zəifliyə işarə edib.

Milli Statistika Təşkilatı tərəfindən açıqlanan məlumatlara görə, Avqustda Çinin sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6.1 faiz yüksəlib. İqtisadçılar Çinin sənaye istehsalının 6.5 faiz artacağını proqnozlaşdırırdılar. İyul ayında 6 faiz artım görülmüşdü.

Sənaye istehsalı Avqust ayında əvvəlki ayla müqayisədə 0.53 faiz artım qeyd edib. Sənaye istehsalı İyulda əvvəlki aya nisbətən 0.32 faiz yüksəliş qeyd etmişdi.

Yanvar-Avqust aylarında Çində investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz artıb. Bu artım Yanvar-İyul periodunda qeyd edilən 11.2%-lik yüksəlişdən daha azdır və iqtisadçıların 11.2% səviyyəsindəki proqnozlarından da aşağıdır. Çində investisiyalar ilin ilk səkkiz ayında 15 ilin ən yavaş səviyyəsində artım qeyd edib.

Pərakəndə satışlar Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə 10.8 faiz yüksəlib. İyulda 10.5 faiz artım görülmüşdü. Məlumat, iqtisadçıların 10.7% səviyyəsindəki gözləntilərini üstələyib.

Göstəricinin gözləntilərdən aşağ qalması hökumətin iqtisadi artımı canlandırıcı tədbirlərinin effektivliyi ilə bağlı şübhələr yaradır. Sənaye və investisiya qoyuluşu göstəricilərindəki zəifləmə, hökumətin 2015-ci il üzrə 7%-lik böyümə hədəfinə çatmaqda qarşılaşdığı çətinliklərə işarə edir. Ölkənin ixracı geriləyir, eyni zamanda istehsalçı qiymətlərində deflyasiya dərinləşir.