AXCP-nin daha 4 yerli təşkilatı qurultaya hazırdır FOTO

AXCP VI(IX) Qurultayına hazırlıqla bağlı daha 3 yerli təşkilatında hesabat-seçki konfransı keçirib. Bunlar Bakıda Nizami və Nəsimi rayon, Gəncə şəhər və Şəmkir rayon şöbələridir.

Partiyadan verilən məlumata görə, konfranslarda yerli təşkilatların seçkili orqanları yenidən formalaşıb, qurultaya nümayəndələr seçilib.

Bakının Nizami rayonunda Zülfüqar Eyvazov şöbənin sədri, Paşa Umudov Ali Məclis üzvü, Nəsimi rayonunda Hüseynağa Məmmədli şöbənin sədri, Emil Səlimov Ali Məclisin üzvü, Gəncədə Bəxtiyar Əlizadə şöbənin sədri, Zaur Cəfərov Ali Məclisin üzvü, Şəmkirdə isə Bəhlul Nağıyev şöbənin sədri, Şahin Məmmədov Ali Məclisin üzvü seçiliblər.

Bu konfranslarda partiyanın siyasi məhbus olan üzvlərindən biri Murad Ədilov da qurultay nümayəndəsi (Gəncədən) seçilib.

Xatırladaq ki, AXCP-nin VI(IX) Qurultayı sentyabrın 27-nə təyin olunub.