Yerevanda etiraz aksiyası dağıdılıb

ermeni-mitinq2Şənbə günü Ermənistan paytaxtı Yerevanda elektrik enerjisinə tariflərin azaldılması tələbilə keçirilən aksiya polis tərəfindən dağıdılıb.
Ermənistan prezidentinin qərargahı yaxınlığındakı prospekti bloklayan nümayiş iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.
Avqustun 1-dən 1 kilovat-saat elektrik enerjisinə tariflər təqribən 17-22 faiz artıb.
İyun və iyul aylarında tariflərin azaldılması tələbilə keçirilən izdihamlı nümayişlər vaxtı polislə fəallar arasında toqquşmalar baş verib.
“Talana yox!” şüarı altında keçirilən aksiya təşkilatçıları etiraz çıxışlarının davam etdiriləcəyini bildiriblər.