Nüvə sazişinin rədd edilməsi ehtimalı bitdi

barak_obama1Respublikaçılar, İranla əldə edilən nüvə sazişini əngəlləyə bilmədi

ABŞ Senatında Demokratlar, İran ilə P5+1 ölkələri arasında əldə edilmiş nüvə razılşamasının rədd edilməsini ehtiva edən qanun layihəsinin yekun səsverməyə təqdim olunmasını əngəlləyib.

Konqresin Senat qanadının İran ilə razılşamanın rədd edilməsini nəzərdə tutan layihə üzərində yekun səsverməyə başlaya bilməsi üçün keçirilən səsvermədə 58 senator lehinə, 42 senator isə əleyhinə səs verib.

Layihənin yekun səsverməyə təqdim olunması üçün 60 senatorun dəstəyi lazım idi.

Bu nəticə ABŞ Prezidenti Barak Obama baxımından qələbə xarakterlidir.

Obamanın nüvə sazişi çərçivəsində gələn həftədən etibarən İrana tətbiq edilən sanksiyaları yüngülləşdirməyə başlaya biləcəyi də ifadə edilir.

SENAT TARİXİ BİR ADDIM ATDI

Obama Senatdakı səsvermədən sonra verdiyi yazılı açıqlamada, Senat bu gün irəliyə doğru tarixi addım ataraq, ABŞ-ın İranın nüvə silahı almasının qarşısını alacaq geniş, uzunmüddətli müqaviləni həyata keçirmək üçün beynəlxalq tərəfdaşları ilə çalışmasına imkan verdiyini bildirib. Prezident Obama açıqlamasında “Bu nəticə, diplomatiya üçün, Amerika milli təhlükəsizliyi üçün, dünyanın təhlükəsizliyi üçün bir qələbədir” ifadəsini istifadə edib.