Nazarbayev öz qızını baş nazirin müavini təyin etdi

nazarbayevDariqa Nazarbayeva Qazaxıstanın baş nazirinin müavini təyin edilib. Bu barədə fərmanı Dariqanın atası, prezident Nursultan Nazarbayev bu gün imzalayıb.

Məlumatı Qazaxıstan Prezident Administrasiyası yayıb.

D.Nazarbayeva 1963-cü ildə anadan olub. Moskva Dövlət Universiteteinin tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru olan xanım Nazarbayeva 2012-ci ildə Qazaxıstan parlamentinə, iki il sonra vitse-spiker seçilib. (Virtualaz.org)